Novruz Məmmədov ÇL-nı arzulayır

11.11.2011 | 6771 dəfə oxunub


”Ulduzu “Muğan”da (indiki “Rəvan”da) parlayan Novruz Məmmədov “Toplu Bakı”nın “kumir”inin qonağıdır. 21 yaşlı müdafiəçi istər U-19 istərsə də, U-21 -dəki çıxışı ilə də diqqət mərkəzinə düşməyi bacarıb. Hələ 19 yaşında Azərbaycan Premyer liqasında mübarizə aparan bir klubun kapitanlıq sarğısını qoluna bağlamış istedadlı futbolçu “Bakı” və Azərbaycan milli komandasında da sözünü deyəcəyinə inanır. Onunla hazırladığımız müsahibəni təqdim edirik: 

Adı, soyadı: Novruz Məmmədov
Doğum tarixi: 20 mart 1990
Mövqeyi: müdafiəçi
Karyerası: “İnter”, “Rəvan”, “Bakı”

- Söhbətimizə futbola gəlişindən başlayaq. O günləri necə xatırlayırsan?

- Əhmədlidə - Ukrayna dairəsi yaxınlığında yaşayırıq. Həmin ərazidə meydançalar olmadığı üçün uşaqlarla birgə məhəllədə oynayardıq. Kimin topu var idisə, hamı onunla dost olur, ondan xahiş edərdi ki, icazə versin, onun topuyla futbol oynayaq. Bəzən top olmayanda plastik kola qablarının ağız qapağını möhkəm sıxıb, asfalt və daşın üstündə  ayaqyalın oynardıq. Axşama kimi beləcə vaxtımızı küçələrdə keçirərdik. Dizimin sağalan vaxtı olmurdu. Bərk yerdə oynadığımız üçün demək olar hər gün əzilirdim. Futbol məşğələlərinə ilk dəfə 13 yaşım olanda getmişəm. Bayıl qəsəbəsi ərzisində “20-ci sahə” deyilən yerdə məşqçi Bəhmən Həsənov “Göyçə” adlı bir klub yaratmışdı. Məhəllədən bir neçə uşaq oraya futbol oynamağa gedirdi. Həvəsim olduğu üçün mən də onlara qoşulub oraya getdim. Əvvəlcə evdəkilər buna etiraz edirdi. Deyirdilər ki, bu qədər yol gedib-gəlirsən, özünə yazığın gəlsin. Mən isə təbii ki, inad göstərib fikrimdə qəti idim. İki ilə yaxın həmin komanda ilə müxtəlif yarışlarda iştirak etmişik.

- Bəhmən Həsənov və Asim İbrahimovun sənin futbolçu kimi yetişməyində əsas rolu oynadı...

- Bəhmən Həsənov ilk müəllimim olmaqla bərabər, mənim futbolçu kimi yetişməyimin əsas səbəbkarıdır. Onun məsləhəti ilə əvvəlcə “İnter”ə keçdim. Asim İbrahimovun rəhbərliyi ilə birinci  divizyonda “İnter-2”nin, sonra isə “İnter”in əvəzedici komandasında oynamışam. Oynadığım müddətdə əvəzedicilərin kapitanı da olmuşam. Asim müəllim “NBC”yə (İndiki “Rəvan”) məşqçi təyin ediləndə, məni də özü ilə birgə bu kluba gətirdi. Şanslı insanam. “İnter”in əvəzedicilərində qalsaydım, bəlkə də indi futbolu atmışdım. Çünki bu klubun əsas heyətinin əksər oyunçuları legionerlərdir. Onların yanında mənim kimi gənclərə şans veriləcəyi isə inandırıcı görünmürdü.  İlk dəfə Premyer liqada meydana- Salyanda “Xəzər Lənkəran”a qarşı oyunda çıxdım. Bir mövsüm ehtiyatda qalsam da, növbəti mövsümdə fasilələrlə olsa da, oynadım. Kemal Alispahiçin “Muğan”a baş məşqçi təyin edilməsindən sonra isə hər oyun 90 dəqiqə oynamağa başladım. Bəhmən Həsənov baş məşqçi olanda isə kapitanlıq sarğısını da mənə etibar etdi. Bununla belə, mən karyeramda dəyişiklik etməyə qərar verdim. Ona görə də “Bakı”nı seçdim. Bu klubla birgə, Avropa yarışlarında Azərbaycanı layiqincə təmsil etmək istəyim var.

- Yaş qrupları üzrə bütün millilərdə çıxış etmisən. Nədənsə, U-21-də işlərin qaydasına düşmür.

- Hələ ilk dəfə, 15 yaşadək milli komanda yaradılanda ora dəvət aldım. Mirbağır İsayevin rəhbərliyi ilə  komanda rəsmi turnirlərdə iştirak etməsə də, biz müxtəlif yoldaşlıq görüşləri keçirib, təlim-məşq toplanışlarında iştirak edirdik. Həmin vaxt əsasən 17 yaşadək yığma komanda ilə oynayırdıq. Bizim aramızdan bir neçə uşaq 17 yaşlılara qoşulurdu. Bir ildən sonra 17, ardınca 19 yaşadək millilərdə oynadım. Hal-hazırda 21 yaşadək futbolçulardan ibarət millinin əsas heyət oyunçusuyam. Bu etimadı mənə göstərdiyi üçün məşqçilərimə minnətdaram. U-21 son seçmə mərhələdə uğursuz çıxış etsə də, komandamızı zəif adlandırmazdım. Belçika ilə son oyunda hesab 2:2 oldu. Həmin oyunda 2:0 öndə olsaq da, hesabı qoruya bilmədik. Belçikalıların heyətində Avropanın adlı-sanlı klublarında top qovan futbolçular var idi. U-21 –in uğur qazanması üçün gərək futbolçular öz klublarında əsas heyətdə oynasın. Çoxlu legioner həyatı yaşayan futbolçularımız olsa, uğur qazanmaq olar.

- Milli komandanın heyətinə bir neçə dəfə dəvət alsan da, Berti Foqts sənə güvənməyi lazım bilmədi. Gələn il 21 yaşın tamam olur. Əsas milliyə düşməməkdən qorxmursan?

- Əvvəlcə onu deyim ki, milli komandanın futbolçusu olmaq hər bir futbolçu üçün fəxrdir. Millidə oynamaq ikiqat məsuliyyət, qürurdur. Oyuna çıxanda himni oxumaq, ölkəni təmsil etmək, milli forma geyinmək – bunlar hamısı insana stimul verir.  Millidə təcrübəli futbolçular olduğu üçün, Foqts məni U-21 -ə lazım bilirdi. Zaman keçdikcə komandada nəsil də dəyişir. Növbəti seçmə mərhələdə əsas milliyə dəvət alacağıma inanıram.

- “Bakı” barədə nə deyə bilərsən?

- Mən bu komandaya uğur qazanmaq üçün gəlmişəm. Məqsədim Azərbaycan çempionu olub, bu klubla Çempionlar Liqasının qrup mərhələsində oynamaqdır. Klubun futbolçular qarşısında qoyduğu konsepsiya bundan ibarətdir. Yaxın illərdə buna nail olacağımıza əminəm. Müasir tələblərə cavab verən idman kompleksi  və yetişməkdə olan yüzlərlə seçmə futbolçu nəslinın hesabına buna nail olacağıq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail