Rüstəm Orucov finalda uduzdu

29.10.2016 | 3725 dəfə oxunub

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərində cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turniri davam edir. Stadium.Az xəbər verir ki, yarışın ikinci günü Azərbaycan millisi aktivinə ilk medalı yazdırıb.

73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Rüstəm Orucov mübarizəyə 1/4 finaldan başlayıb. Onun rəqibi ilk qarşılaşmasında pakistanlı Nadeem Əkrəmə qalib gələn komanda yoldaşı Fəqan Quluzadə olub. Quluzadə üzərində qələbə qazanan Orucov yarımfinala yüksəlib. O, bu mərhələdə tatami sahibi Viktor Skvortovla qarşılaşıb. Rəqibini məğlub edən təmsilçimiz adını finala yazdırıb. Həlledici görüşdə İsveç cüdoçusu Tommi Makiasa uduzan Orucov “Böyük Dəbilqə”də millimizə ilk medalı qazandırıb.

Komanda yoldaşına məğlub olmasına baxmayaraq, təsəlliverici görüşə vəsiqə qazanan Fəqan Quluzadə bu mərhələdə braziliyalı Aleks Silva ilə üz-üzə gəlib. Qarşılaşmanı qələbə ilə başa vuran Quluzadə bürünc medal uğrunda rusiyalı Musa Moquşkov ilə qarşılaşıb. Lakin bu qarşılaşmada uduzan təmsilçimiz 5-ci yeri tutub.

Digər cüdoçularımız - Elvin Əhmədli və Ruslan Fərrüxzadə (hər ikisi - 81 kq) mübarizəni erkən dayandırıblar.

34 ölkədən 157 cüdoçunun (96 kişi, 61 qadın) mübarizə apardığı mötəbər turnirdə Azərbaycan millisi 12 cüdoçu ilə təmsil olunur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail