Çüdoçularımızdan Birləşmiş Ərəb Əmirliklərində uğurlu başlanğıc

28.10.2016 | 3005 dəfə oxunub

Bu gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərində cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turnirə start verilib. 

Goal.az xəbər verir ki, yarışın ilk günü Azərbaycan millisi aktivinə medal yazdıra bilməyib.

Cüdoçularımız Oruc Vəlizadə (60 kq), İlqar Müşkiyev və Vüqar Şirinli (66 kq) ilkin qarşılaşmalarda məğlub olaraq mübarizəni dayandırıblar.

60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Mehman Sadıqov ilk qarşılaşmasında almaniyalı Flip Qrafa qalib gəlib. Lakin növbəti görüşündə Braziliya təmsilçisi Erik Takabatakeyə məğlub olaraq təsəlliverici görüşə vəsiqə əldə edib. Mehman Sadıqov bu mərhələdə türkmənistanlı Abbas Abbasov üzərində qələbə qazanıb. Bürünc medal uğrunda qarşılaşmada isə Rusiya cüdoçusu Albert Oğuzova məğlub olan təmsilçimiz 5-ci yeri tutub.

Qeyd edək ki, 34 ölkədən 157 cüdoçunun (96 kişi, 61 qadın) mübarizə apardığı mötəbər turnirdə Azərbaycan millisi 12 cüdoçu ilə təmsil olunur. Oktyabrın 29-da “Böyük Dəbilqə” turnirində cüdoçularımız Rüstəm Orucov, Fəqan Quluzadə (hər ikisi - 73 kq), Elvin Əhmədli və Ruslan Fərrüxzadə (hər ikisi - 81 kq) mübarizəyə qoşulacaqlar



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail