Zaqatalada məşqçilər üçün seminar keçirilib

24.10.2016 | 3507 dəfə oxunub

Ötən gün Zaqatala İdman Olimpiya Kompleksində məşqçilər üçün seminar keçirilib. Stadium.Az xəbər verir ki, seminarda Zaqatala, Mingəçevir, Qax və Balakəndən olan məşqçi müəllimlərə cüdonun yeni texnika və qaydaları haqqında ətraflı məlumat verilib.

Mütəxəssislər Tərlan Poladov, Musa İsmayılov və Tərlan Həsənov məşqçinin məşq prosesini idarə etməsi, tələbələr, onların valideynləri və həmkarları ilə münasibəti, məşqçinin tələbələrinə nəzarəti -  məktəb dərs gündəliyi, cüdo üzrə gündəliyi, nizam intizam, gigiyena, zədələrə qarşı proflaktikası və qidalanmasına nəzərət qaydalarından danışıblar. Həmçinin, məşqçinin tələbələrini yarışa hazırlamaq prosesi, çəki və qidalanmaya nəzərət, yarışda öz tələbələrini idarə etmə bacarığı, özünü aparma qaydalarını tam bacarma qabiliyəti barədə təlimatlar verilib. Məşqçinin hakimlik bacarığı, öz yarışlarını təşkil etmə və aparma, tələbələri ilə yarışları müşahidə etmə, onları təhlil və müzakirə etmə bacarığı barədə fikir mübadiləsi aparılıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail