"Qarabağ"ın rəqibinin oyununda qalmaqal

24.10.2016 | 4803 dəfə oxunub

Yunanıstan Super Liqasında VIII turun "Olympiacos" – PAOK matçında qalmaqal baş verib.

Stadium.Az xəbər verir ki, meydan sahiblərinin azarkeşləri oyun ərzində tribunada 3 dəfə zəhərli tüstü buraxan fumiqant yandırıblar.

İlk belə hal oyunun birinci hissədə, növbətisi ikinci hissənin əvvəllərində yaşanıb. Nəticədə fasilədən sonra matç 9 dəqiqə dayandırılıb. Baş hakim Aleksandros Aretopulos xəbərdarlıq edib ki, eyni hal 3-cü dəfə baş verərsə, görüşü tam dayandıracaq. Həmin vaxt hesab 1:1 olub. Hər iki qolu PAOK-un futbolçusu Fernando Varela 6-cı dəqiqədə rəqib, 25-ci dəqiqədə öz qapısına vurub. Xəbərdarlığa baxmayaraq, 90+7-ci dəqiqədə "Olimpiakos"un futbolçusu Luka Milivoyeviçin qolundan sonra yerli fanatlar 3-cü dəfə fumiqant yandırıblar. Bununla da PAOK-un oyunçuları baş məşqçi Vladan İviçin göstərişi ilə paltardəyişmə otağına yollanıblar. Yerli komandanın futbolçusu Esteban Kambyasso final fitinə cəmi 3 dəqiqə qaldığını işarə etsə də, qonaqlar dayanmayıblar. Onların ardınca hakimlər də tunelə daxil olublar.

12 dəqiqəlik fasilədən sonra Aretopulos köməkçiləri ilə birgə meydana qayıdıb. Bir neçə dəqiqə sonra PAOK da oyunu başa çatdırmağa razı olub. Görüş elə meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. Amma bu qələbə "Olympiacos"a 20 min avro cərimə bahasına başa gələcək.

Super Liqada ilk məğlubiyyətdən sonra PAOK 8 xalla 7-ci pillədə qərarlaşıb. "Olympiacos" isə 15 xalla liderdir. Çempionatda iki tur təxirə salındığı üçün komandalar indiyədək hərəyə 6 görüş keçiriblər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail