10 ilin ən yaxşı "Qarabağ"ı

17.10.2016 | 3593 dəfə oxunub

“Qarabağ” Azərbaycan Premyer Liqasında ardıcıl 13-cü ev qələbəsini qazanıb. Stadium.Az xəbər verir ki, bu, son 10 ildə Azərbaycan çempionatlarında qeydə alınan ən uzun seriyadır.

Sonuncu belə seriya “İnter”ə məxsus olub. “Bankirlər”in 14 qələbədən ibarət qələbələrinə 2006-cı fevralında son qoyulub.

Son 10 ilin rekorduna imza atan Qurban Qurbanovun yetirmələri Topaz Premyer Liqasının VIII turunda “Sumqayıt”ı 3 cavabsız qolla məğlub edərək, mövsümdə 4-cü dəfə qonaqları quru hesabla üstələyib. Ağdamlılar ardıcıl 3-cü çempionluğunu bayram etdiyi ötən mövsümün son 9 ev matçında da rəqiblərinə xal verməmişdi. 2016-cl ildə evdə keçirdiyi 13 matçın hamısında qalib gələn ağdamlıların “Qarabağ”ın öz meydanındakı son xal itkisi “Qəbələ” ilə matça təsadüf edib. Bu matç 2015-ci il dekabrın 19-na təsadüf edib və 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, “Qarabağ” ardıcıl evdə qazandığı 13 matçın son 9-da qapısını da toxunulmaz saxlayıb. Yəni əyalət klubu 9 matçdır qonaqlara nə xal, nə qol sevinci yaşadır.

PFL



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail