Millinin əsas futbolçusuyla polis arasında "qaçdı-tutdu"

08.10.2016 | 4379 dəfə oxunub

Dünya Çempionatının Cənubi Amerikada keçirilən seçmə mərhələsində oynanan Ekvador-Çili qarşılaşmasında futbol tarixinin ən maraqlı hadisələrindən biri yaşanıb.

Stadium.Az xəbər verir ki, Ekvadorun 3-1 hesablı qələbəsi ilə yekunlaşan oyunu maraqlı edən ulduz futbolçu Enner Valensia ilə polis arasında inanılmaz "qaçdıtutdu" olub.

Belə ki, həyat yoldaşı ilə ayrıldıqdan sonra ona aliment ödəməməsi səbəbindən haqqında tutulma qərarı olan futbolçunu polislər meydançanın kənarında gözləyiblər. Bundan xəbər tutan futbolçu futbol tarixində görülməmiş "fənd" işlədib - dəniz səviyyəsindən 2min 783 metr yüksəklikdə oynanılan matçın 82-ci dəqiqəsində "nəfəs ala bilmədiyini" göstərərək qəfil yerə yıxılıb.

Tibbi müdaxilədən sonra süni nəfəslik taxılan "Everton" klubunun futbolçusu Valensiya kiçik təcili yardım maşınına yerləşdirilib.

Oyuna davam edə bilməyəcəyini bildirən Valensiya onu normal ambulansa yerləşdirməklərini istəyib. Həkimlər futbolçunun istəyini yerinə yetiriblər. Bunu görən polislər hərəkətə keçiblər.

Uzun "qaçdıtutdu"nun sonunda Valensiya əynində milli forma ilə həbs olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail