Quardiola: "Hər şeyi Kroyffa borcluyam"

08.10.2016 | 3579 dəfə oxunub

"Mançester Siti"nin baş məşqçisi Pep Quardiola bu ilin mart ayında dünyasını dayişən futbol əfsanəsi Yohan Kroyff barədə danışıb. Stadium.Az xəbər verir ki, Pep eks "Barselona"lı olaraq qazandığı hər şeyə görə Kroyffa borclu olduğunu bildirib: 

"İndi "Mançester Siti"nin baş məşqçisiyəmsə və daha əvvəl "Barselona"yla "Bavariya"nı çalışdırmışamsa, bunların hamısı Kroyffun sayəsində olub. Yohan öz futbol anlayışını tam olaraq futbolçulara aşılamağa çalışdı. O "Barselona"nı çalışdıranda məşqlərə qatılır və nə edəcəyimizi bizə ən xırda detalına kimi başa salırdı. O günlərdə biz özümü məşqdə yox, universitetdəymiş kimi hiss edirdik. Kroyffun sistemində forma nömrələri də önəmliydi. Məsələn, 4 nömrəli futbolçusansa demək yarımmüdafiənin göbəyində oynamalısan. 11 nömrəli futbolçu mütləq son cinahda oynamalı idi. Yohanın oyun sistemində intizam çox önəmli idi. Baş məşqçim olanda ona hörmət etmək yanaşı həm də qorxurdum".

Kroyff 1990-1996-cı illərdə "Barselona"da Pep Quardiolanın baş məşqçisi olub. 

Yohan 1973-78-ci illərdə futbolçu olaraq "Barselona"da çıxış edib. O, bu müddətdə 143 oyunda meydana çıxıb və 48 qol vurub.

Kroyff 1988-1996-cı illərdə isə "Barselona"nın baş məşqiçi olub və hazırda bütün dünyada məhşur olan "Barselona"nın futbol sistem və fəlsəfəsinin banisidir. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail