Millimiz Norveçə qarşı bu start heyətiylə oynayacaq

07.10.2016 | 3580 dəfə oxunub

DÇ-2018-in seçmə mərhələsində Norveçlə sabah keçiriləcək qarşılaşmada Azərbaycan millisinin meydana çıxacaq start “11-liy”i müəyyənləşib.

Stadium.Az xəbər verir ki, bunu yığmamızın baş məşqçisi Robert Prosineçki bu gün keçirilən mətbuat konfransında açıqlayıb.

Xorvatiyalı mütəxəssis həmişə olduğu kimi, yenə qapı xəttini Kamran Ağayevə həvalə edəcək.

Müdafiənin mərkəzi Rəşad Sadıqovla Maksim Medvedev tapşırılacaq. O ki qaldı cinahlara, sağda Məhəmməd Mirzəbəyov, solda isə Arif Daşdəmirov yer alacaq.

Dayaq yarımmüdafiəçisi mövqeyində Qara Qarayev çıxış edəcəksə, onun önündə Rahid Əmirquliyev və Eddi İsrafilov mübarizə aparacaqlar.

Yarımmüdafiənin sol cinahında Dmitri Nazarov, sağ cinahında Ruslan Qurbanov hücumçunu topla təmin etməyə çalışacaq.

Komandamızın Norveç önündə qol ümidi isə Ağabala Ramazanov olacaq.

Sabah Bakı Olimpiya stadionunda keçiriləcək Azərbaycan – Norveç qarşılaşması saat 20:00-da start götürəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail