Qurban Qurbanov "Qəbələ"yə məğlubiyyəti şərh etdi

02.10.2016 | 3690 dəfə oxunub

Bu gün Azərbaycan Premyer Liqasının 7-ci turunun oyununda "Qarabağ" səfərdə "Qəbələ"yə 2:0 hesabıyla məğlub oldu. Stadium.Az xəbər verir ki, oyundan sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

-  Rəqibi təbrik edirəm, çox vacib qələbə qazandı. Oyun çox maraqlı alındı. İlk dəqiqələrdən çətin oldu və qarşısını ala bilmədik. Sonradan oyunu bərabərləşdirsək də, məğlubiyyətdən qaça bilmədik. İstəməzdik məğlub olaq və azarkeşlərimizi üzək. Son 3 oyun ağır oldu.

- "Qarabağ" bu gün konkret olaraq nədə uduzdu?

- Qol buraxdıq, qol vura bilmədik. Ümumi oyjna nəzər salmalıyıq. İlk dəqiqələrdən rəqib daha yaxşı oynadı. Yaxşı hazırlaşmışdıq, amma alınmadı.

- Rəşad Sadıqovla Əfran İsmayılovun bu oyjnda olmaması məğlubiyətə təsiri varmı?

-Əlbəttə, bu iki futbolçunun yoxluğu öz təsrini göstərdi. 

- 3 oyjndu komanda enişdədir. Qarşıdakı fasilə işinizə yarayacaq?

- Xeyir, əksinə bizə problem yaradacaq. Belə hallarda futbolçular bkr yerdə olmalıdır ki, oyun planında daha çox hazırlaşaq və oyunumuzu düzəldək.

- Son 3 oyunda komanda 8 qol buraxıb və 2 oyj da uduzub. Nə baş verir?

- Avroliqanı bura daxil etməməliyik. Məğlub olmuşuqsa rəqiblər daha yaxşı çıxış ediblər. Mən komandamın ouunundan razıyam. Futbolda belə hallar olur. Əsas odur bundan sonra toparlanaq və sonrasını düzəldək.

- Dinonun bugünkü durumu və Vüaar Nadirov hardadır?

- Vüqar bizim komandadadır və bizə çox gec qoşulub. Vüqar daha yaxşı hazır olanda ona da şans verəcəyik. O, artıq normal təsir bağışlamağa başlayıb. 

Dinoda artıq düzəlir. Onun bədən quruluşu belədir, çox çəkisi olmayıb. Onun hazırkı durumu bizi qane edir. 

- "Slovan"la oyundan sonra demişdiz ki, çempionatda daha səviyyəli oyjnlar olmalıdır ki, səviyyəmiz artsın. Bu istəyinizə çatdımı?

- Bu oyundan çox razı qaldım. Biz "Fiorentina"yla oyunda çox yorulmuşduq.

- Sahanın "Qarabağ"ı ziyarəti nə ilə bağlı idi?

- Sahanı AFFA Bakıya dəvət etmişdi. Onun sponsorumuz olan Azərsun şirkətinin rəhbərliyi ilə çox yaxşı münasibətləri var. Qonaqlar gedəndən sonra Saha burada qalaraq Bakıyla daha yaxından tanış oldu və bizim kluba da gəldi.

- Qabaqlar belə oyunlarda Reynaldo meydana çıxar və nəticəni dəyişərdi...

- O, bir qədər yprğun idi. Oyunun gedişi də pis oldu və bəzən düşünmədiyimiz nəticələr olur. Bir qədər onda eniş var, amma son vaxtlarda bir qədər düzəlir. O, hələ mənim görmək istədiyim Reynaldo deyil.

- "Qəbələ" artıq konkret sizə rəqibdir...

-"Qəbələ" hazırda çox istəklidir. Neçə illərdir ölkə futboluna xeyir verirlər. Bizim üçün çox ciddi rəqibdir və istəyərdim ki, belə komandalar çox olsun. Rəqabət çox olanda futbolçular daha yaxşı inkişaf edirlər.

- Elvin Yunuszadə hələ də ən çox tənqkd edilən futbolçudur...

- Elvin yaxşı durumdadır. Mən onun xarakterindən narazıyam. O, xarakter nümayiş etdirməlidir. Həyata baxışını dəyişməlidir. Mən futbolçu olanda tənqid ediləndə daha yaxşı hazırlaşırdım. Mən Elvindən futboçu olaraq razıyam və o, daha yaxşı səviyyəyə gələ bilər.

- Belə durumlarda komandaya psixoloq lazım olur...

- Bizim komandada psixoloq var və o, mənəm. 

- Dediz 6 xal böyük fərqdir. Demək olar çempionluqdan əlinizi üzürsüz?

- 6 xal böyük fərqdir, amma biz sona kimi mübarizə aparacağıq. Biz birinci olmaq üçün oynayırıq.

- Bəs Mahir Mədətov xarakter cəhətdən böyüyüb?

- Futbolçu hər gün böyüməli və dəyişməlidir. Mahir kimi cavanlar bunu yaxşı dərk etməlidir. Bir ay əvvəlki Mahir başqa idi, indiki başqa. Mahir bir ay əvvəl daha yaxşı idi. Mahir neçə oyundur qol vəziyyətlərindən yararlana bilmir. Bu, onun zəifliyindən irəli gəlmir, sadəcə futbol haqda az düşünür.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail