Roman Qriqorçuk: "...futbolçularım mənə birtəhər baxırdılar"

02.10.2016 | 3299 dəfə oxunub

Bu gün Azərbaycan Premyer Liqasının 7-ci turunun oyununda "Qəbələ" doğma meydanda "Qarabağ"ı 2:0 hesabıyla məğlub etdi. Stadium.Az xəbər verir ki, oyundan sonra Qəbələ klubunun baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Oyundan əvvəl ozünüzü necə hiss edirdiz, indi necəsiz?

- Oyundan əvvəl özümü çox yaxşı hiss edirdim və indi də. Komandamız yaxşı futbol oynadı və bu, məni məmnun edir.

- Bu qələbələr sizi Ukraynaya aparır?

- Mən istirahət günlərimi burada keçirəcəm. Ailəm burdadır, onların yanında qalacam.

- Oynadıqınız iki fərqli hissəni necə izah edərsiz?

- Birinci hissədə çox gözəl oynadıq. Demirəm ki, ancaq hücum edirdik. Əsas odur ki, ağıllı futbol oynadıq.

- Ozobiçin qolu daha uzaqdan görünürdü, yoxsa çempionluq?

- Biz hələ mövsümün əvvəlindəyik. İndidən nəsə demək düzgün olmaz. Biz hələ də növbəti oyunu düşünürük. Hər oyundan oyuna bu üstünlüyümüzü qorumalıyıq.

- Komanda yüksəlişdədir. Qarşıdakı fasilə sizə mane ola bilər?

- Belə düşünmürəm. Biz öz qrafikimiz üzrə çalışırıq. Əksinə, bu fasilə bizə xeyirli olacaq. Bu sıx qrafikdə bu fasilə bizə düşərli olmalıdır.

- Franiç niyə oynamadı?

- Onlar özlərini öldürsələr də, 14 futbolçudan artığını oynada bilmərik. Kim hazır olursa onlarda meydana çıxır.

- Legioner limiti olmasa meydana azərbaycanlı futbolçu buraxarsız?

- Komandada yerli və legioner futbolçular var. Biz pasporta baxmırıq, kim daha yaxşıdırsa onu da meydana buraxırıq. Futbolçu meydana çıxırsa oynayıb inkişaf edir. Bu günki oyunda da hər iki komandada yerli futbolçular var. Bu gün çox yüksək səviyyədə oyun getdi.

- Hazırkı "Qəbələ" beyninizdə olan futbol fəlsəfənizi nə dərəcə həyata keçirir?

- Bu gün birinci hissədə oynadığımız futbol mənim görmək istədiyim ouun idi. Yəni buna yaxın idi. Hər şey ideal olmalıdır. Amma ideal heç bir şey yoxdur.

- Özünüzü Azərbaycanda artıq rəqibsiz baş məşqçi hesab edirsiz?

- Mən bütün məşqçilərə hörmətlə yanaşıram və qətiyyən belə deməzdim. Mən oyundan əvvəl "Qarabağ"ı utbolçularıma o qədər tərifləmişdim ki, futbolçularım mənə birtəhər baxırdılar. Sonra onlardan üzr istədim.





Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail