"Maynts"ın baş məşqçisi: "Onu bilirəm ki, çətin olacaq"

29.09.2016 | 3216 dəfə oxunub

“Maynts” klubunun baş məşqçsi Martin Şmidt Avroliqanın qrup mərhələsi çərçivəsində bu gün “Qəbələ”ylə matçdan öncə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bura gəlişimiz çox çətin oldu. Demək olar ki, bütün şəhəri gəzdik. Tez bir zamanda məşqə çıxmaq istəyirik. 

- Sabahkı oyun qrupdan çıxmaq cəhətdən nə qədər əhəmiyyətlidi?

- Sabah 3 xal qazanmaq komandamız üçün çox gözəl olardı. Amma qalib gələ bilməsək, bu, dünyanın sonu olmayacaq.

- “Qəbələ” ilə görüşdə hədəfiniz konkret olaraq, qələbədi?

- Avroliqada qrup mərhələsində ev oyunlarında qələbə, rəqib meydanında isə mümkün qədər çox xal toplamaq fəlsəfəsindəyik. İlk matçda öz meydanımızda xal itirmişik. Buna görə də, sabah mütləq 3 xal üçün meydana çıxacağıq.

 - Stadionun ot örtüyü hələ də yaxşı deyil. Bugünkü yağışdan sonra vəziyyət daha da pisləşib. Bu sizi narahat etmir?

- Hələ meydanı görməmişəm. Yağışı isə yolda gördüm. Onu bilirəm ki, çətin olacaq. Çalışacağıq ki, matçın tempini yüksək tutaq. Meydan hər iki komanda üçün eynidi. Sabah bu məsələnin öhdəsindən gəlməyə çalışacağıq.

 - “Qəbələ”nin zəif və güclü tərəfləri hansılardı?

- Biz “Qəbələ”nin bir neçə oyununu izləmişik. “Anderlext” və “Maribor”la, həmçinin çempionatdakı 2 matçlarına baxmışıq. Rəqibin çempionat və Avroliqa oyunları bir-birindən fərqlənir. Sabahkı görüşdə təhlil etdiyimiz məqamların üzərində işləməklə, qələbə qazanmağa çalışacağıq.

 - Qrupda əsas favorit kimi görürsüz?

- Şəxsi fikrimcə, ən güclü komanda “Sent-Etyen”di. Onları nisbətən favorit kimi görürəm. “Maynts”, “Anderlext” və “Qəbələ” isə demək olar ki, eyni səviyyədədilər. Hər üçünün qrupdan çıxmaq şansı eynidi.

 - “Qəbələ” ilə oyunöncəsi heyətlə bağlı probleminiz varmı?

- Kapitanımız qayıdıb, komanda ilə birgə məşq edir. Yüz fazir hazırdı. Bir itkimiz var, 38 nömrəli futbolçumuz (Gerrit Holtmann - red.) zədəlidi. Demək olar ki, ingilis həftəsi rejimində çıxış edirik. Sıx qrafikdə oyunlar keçiririk.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail