Mövsümün yeni rekordu

28.09.2016 | 3764 dəfə oxunub

Azərbaycan Premyer Liqasında mövsümün yeni rekordu qeydə alınıb. Stadium.Az xəbər verir ki, bu, VI turun “Kəpəz” – “Qarabağ” matçında gerçəkləşib.

1:1 hesabı ilə nəticələnən qarşılaşma mövsümün arxada qalan hissəsində ən çox tamaşaçı toplayan matç olub. Gəncə şəhər stadionundakı görüşü 14 min 238 seyrçi izləyib.

Bu matçadək mövsümün rekordu Gəncədə keçirilən digər matça təsadüf etmişdi. IV turun “Kəpəz” – “Zirə” görüşü (2:0) 10 min azarkeş toplamışdı. Maraqlıdır ki, mövsümün ən çox tamaşaçı toplayan 3-cü oyunu də “Kəpəz”in doğma meydanda keçirdiyi qarşılaşmadır. II turun AZAL-la Gəncədəki matçında 5 min seyrçi qeydə alınmışdı.      

Ümumiyyətlə, mövsümün arxada qalan 23 matçını 49 min 328 tamaşaçı izləyib. Bu, orta hesabla hər matça 2145 azarkeş deməkdir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail