"Xəzər Lənkəran" bəyanat yayıb, hakimi günahlandırdı

07.11.2011 | 5940 dəfə oxunub

“Xəzər Lənkəran” bəyanat yayıb. Stadium.az xəbər verir ki, buna Premyer Liqanın XII turunun “Neftçi” ilə oyunundakı (0:5) hakim səhvi səbəb olub.

Klubun rəsmi internet saytına yerləşdirilən yazıda matçın 5-ci dəqiqəsində baş verən hadisəyə narazılıq ifadə olunub: "Neftçi" - "Xəzər Lənkəran" matçının 5-ci dəqiqəsində hakimin kobud səhvi ilə nəticələnən epizod baş verib. Meydan sahiblərinin "27" nömrəli futbolçusu Rəşad Abdullayevlə "Xəzər Lənkəran"ın müdafiəçisi Şəhriyar Xəlilovun top uğrunda mübarizəsi zamanı "Neftçi" klubunun futbolçusu topu itirərək, heç bir səbəb olmadan gənc futbolçunun üzünə şillə endirir. Bundan sonra hərəkətini ört-basdır etmək məqsədilə Abdullayev yerə uzanaraq ona qarşı kobudluq olduğunu nümayiş etdirir”.

Lənkəran təmsilçisi baş hakimin ciddi səhvinin videosunu da sayta yerləşdirib: “Oyunun baş hakimi Elnur Muradov isə bu epizodda tamamilə yanlış qərar çıxararaq "Xəzər Lənkəran"ın qapısına doğru şübhəli cərimə zərbəsi təyin edir, heç bir mübahisəsiz qırmızı vərəqə almalı olan Abdullayev isə ümumiyyətlə heç bir xəbərdarlıq belə almır. Həmin cinahda olan yan hakimi də bu epizoda heç bir münasibət bildirmir”.

“Xəzər Lənkəran” məsələ ilə bağlı AFFA və PFL-ə rəsmi şikayət edəcəyini də açıqlayıb: “Təəssüf ki, daim hakimlərin oyunu ədalətli şəkildə idarə etməsini istəsək də, bu cür kobud səhvlər əvvəllər olduğu kimi, yenə də təkrarlanmaqdadır. "Xəzər Lənkəran" Futbol Klubu bu epizodla bağlı müvafiq instansiyalara müraciət edəcək və intizamsızlıq nümayiş etdirən futbolçu və səriştəsizlik nümayiş etdirən hakimlər briqadası barədə tədbirlər görünməsi üçün bütün vasitələrdən istifadə edəcək”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail