"Mən gənc oyunçunun qoluna heç də ondan az sevinmədim"

19.09.2016 | 3111 dəfə oxunub

Premyer Liqasının V turunun “Qəbələ” – AZAL oyunundan (3:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirib. Stadium.Az xəbər verir ki, o, qələbəni belə şərh edib: 

“Müdafiədəki oyunumuz kifayət qədər yüksək səviyyədədir. Düzdür, üzərində işləməli, təkmilləşdirməli olduğumuz məqamlar var. Lakin ümumilikdə çox ciddi səviyyədədir. Bu oyunda “18-lik”də yer almayan Rafael Santos bizim üçün önəmli oyunçudur. Ona güvənirik. Əminəm ki, Santos bizə hələ çox kömək edəcək. Cinah müdafiəçilərinin mövqeyini dəyişməsi xüsusi atılan addım deyildi. Sadəcə oyun epizodundan belə alındı. Petar Franyiçin oynamaması isə belə qərar verməyimizlə bağlıdır.

O oynasaydı, başqası kənarda qalacaqdı. Bu oyunçunun “Neftçi” ilə qarşılaşmada səhvlər etdiyini düşünmürəm. Qismət Alıyev istədiyimiz kimi oynamasa da, gənc oyunçu ilə bağlı qərar vermək yox, onların belə çıxışına imkan yaratmaq, səbir eləmək lazımdır. Onu buna görə əvəzlədik. Roman Hüseynov isə kifayət qədər yaxşı oynadı. Onun qol sevincini mənimlə bölüşdüyü anda hər ikimiz eyni hissləri keçirdik. Mən gənc oyunçunun qoluna heç də ondan az sevinmədim. Biz turnirlər arasında fərq qoymuruq ki, çempionat və ya UEFA Avropa Liqası vacibdir. Qrup mərhələsinin hər matçı bir hadisədir. Azarkeşlər düşünür ki, adi matçlardır və “Qəbələ” “Mayns”a, “Sent-Etyen”ə qalib gəlməlidir. Lakin öncədən fikirləşmək lazımdır ki, onlar top-çempionatları təmsil edir. Bu çempionatlarda 30-cu olan komanda belə səviyyəli yarışdan gəlib. Həmin komandaların hər biri ilə matçlar böyük hadisədir. Bu turnirin vacib olmadığını demək olmaz. Elə çempionat da hər bir komanda üçün önəmlidir. Biz bütün turnirlərdə - həm çempionat, həm avrokubok, həm ölkə kubokunda keçirdiyimiz matçlara məsuliyyətlə və qələbə qazanmaq istəyi ilə yanaşırıq. İndidən “Mayns”dan danışmaq tezdir. Bunadək iki çempionat matçımız var. İlk növbədə “Sumqayıt”ı düşünməliyik”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail