Gənc cüdoçularımızdan İspaniyada tarixi uğur

19.09.2016 | 3265 dəfə oxunub

İspaniyanın Malaqa şəhərində cüdo üzrə gənclər arasında Avropa birinciliyində komanda yarışları keçirilib.

Stadium.Az xəbər verir ki, Azərbaycan millisi bu mötəbər yarışda tarixi uğura imza atıb. Gənc cüdoçular Böyük Britaniya və Ukrayna yığmalarını məğlub edərək yarımfinala çıxıblar.

Yarımfinalda Hollandiya cüdoçuları üzərində inamlı qələbə qazanan milli komanda tarixində ilk dəfə olaraq Avropa birinciliyinin komanda yarışlarının finalında iştirak etmək hüququ əldə edib. Gürcüstan millisinə qarşı olan həlledici görüş gərgin və maraqlı idman mübarizəsi şəraitində keçib. Nəticədə güclü rəqibinə 2:3 hesabıyla uduzan millimiz komanda yarışlarında Avropa birinciliyinin gümüş medalını qazanıb. Yarışın ilk günündə Natiq Qurbanlı (55 kq) və Hidayət Heydərov (73 kq) Azərbaycan millisinə qızıl medal qazandırıblar.

43 ölkədən 405 idmançının (229 oğlan, 176 qız) qatıldığı Avropa çempionatında milli komandamız 13 cüdoçu ilə (10 oğlan, 3 qız) təmsil olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail