Avropa Cüdo Təşkilatının rəsmi saytı Azərbaycanlı çempiondan yazdı VİDEO

18.09.2016 | 2406 dəfə oxunub

2016-cı il gənclər  arasında cüdo üzrə Avropa  Çempionatının ilk günü böyük həyəcanla  kimlər üçün zəfər  və kimlər  üçünsə məyusluqla sona çatdı.

8 finaldan ikisini günün ən təsirli çıxışları ilə yadda qalan güclü Azərbaycan yığması qazandı.

Azərbaycan cüdoçusu Hidayət Heydərov stabil çıxışı ilə 73 kq çəki dərəcəsində qızıl medalı qazandı. 19 yaşlı cüdoçu günə yüksək xalla başlasada, qəfildən yuko ilə az qala rumıniyalı rəqibi Aleksandru Raisu  tərəfindən məğlub edilirdi: “Mən çox əsəbi idim və fikirləşirdim ki, uduzacam”-deyə Heydərov bu anı xatırlayır. Lakin azərbaycanlı cüdoçu rumın Raisunu ipponla məlubiyyətə uğratdıqdan sonra düşüncələrinə qalib  gəlir. İkinci raundda Heydərov Tomas Çerniavski (Polşa) ilə üz-üzə gəldi və o rəqibini yuko hesabı ilə məğlub etdi. Bundan sonra, O, Daniel Pouell (Böyük Britaniya) və Akil Gjakovani (Kosova) üzərində də inamla qələbə qazanaraq finala çıxdı. Beləliklə, Heydərov Malaqada qızıl medalın bir addımlığında dayandı.

Heydərovun final görüşü günün ən yaddaqalan anı oldu. Hidəyətin gürcüstanlı  Georgi Katsiaşviliyə qalib gələcəyinə bütün azarkeşləri inanırdı. Heydərov şübhəsiz öz rəqibini məğlub etdi və qızıl medalı qazandı. “Mən  Avropa çempionu adını qazandığım üçün çox sevinirəm.  İkinci dəfə  Avropa birinciliyinin  qalibi oldum. Daha əvvəl Katsiaşviliyə uduzub sonra gənclərin  qitə çempionatının finalında ona qalib gəlməyim  məni şad və məmnun edən əsas səbəbdir.  Növbəti hədəfim noyabr ayında Tel - Əvivdə keçiriləcək U23 Avropa Birinciliyində qalib olmaqdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail