Cüdoçularımızdan möhtəşəm start: ilk gündə iki qızıl

17.09.2016 | 2758 dəfə oxunub

İspaniyanın Malaqa şəhərində gənclər arasında cüdo üzrə Avropa çempionatına start verilib. Stadium.Az xəbər verir ki, yarışın ilk günü Azərbaycan milli komandası üçün uğurlu olub. Belə ki, gənc cüdoçularımız iki qızıl medal qazanıb.

55 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Natiq Qurbanlı finala gedən yolda türkiyəli Oğuzhan Karaca, macarıstanlı Daniel Monori və gürcüstanlı İrakli Kupatadzeni məğlub edib. Qurbanlı həlledici görüşdə Rusiya cüdoçusu Ali Pafov üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

73 kq çəki dərəcəsində çıxış edən Hidayət Heydərov da uğurlu nəticəyə imza atıb. O, rumuniyalı Aleksandru Raicu, polşalı Tomasz Czerniaşski, Böyük Britaniyalı Danile Povel və kosovalı Akil Gjakovaya qalib gəlib gələrək finala yüksəlib. Qızıl medal uğrunda görüşdə Gürcüstan təmsilçisi Giorgi Katsiaşvilini də məğlub edən Heydərov Avropa çempionu olub.

Mötəbər yarışda mübarizə aparan Kəramət Hüseynov (55 kq) və Şəfəq Həmidova (44 kq) 5-ci, Hasil Cəfərov (73 kq) isə 7-ci olub.

Bununla da, Avropa çempionatının ilk günündə aktivinə iki qızıl medal yazdıran millimiz komanda hesabında ilk pillədə qərarlaşıb.

43 ölkədən 405 idmançının (229 oğlan, 176 qız) qatıldığı Avropa çempionatında milli komandamız 13 cüdoçu ilə (10 oğlan, 3 qız) təmsil olunur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail