Bizim Rəşad

16.09.2016 | 3686 dəfə oxunub

Rəşad Sadıqov Azərbaycan tarixinin ən yaxşı futbolçusudur. Bilirəm, əks arqument gətirənlər çox olacaq. Nə bilim 4 qol  belə və ya hansısa medal əyarı qabardıla bilər.

O, bəlkə də daha uğurlu karyera qurub güclü çempionatlarda top qova bilərdi. Amma...

Rəşad mənim üçün ilk öncə insan kimi çox dəyərlidi. Dəryərli və mərd.

Bu insan karyerasında ağlagəlməz keşməkeşlərdən keçib. Çox erkən yaşında klubda və millidə kapitan olmaqla ağır məsuliyyətin altına girib. Ukrayna məğlubiyyətində pərdəarxası olaylarda günahlandırılıb. Bəziləri isə cəmiyyətdə onun barəsində başqa obraz formalaşdırmağa cəhdlər edil. Ardınca yenə də əsaslandırılmadan futboldan uzaqlaşdırılıb. Amma yenə də idmandan kənarlaşmayıb, həyatdan ümidini qırmayıb. Bəlkə də çoxlarının mənən sınacağı məqamda o xarakter nümayiş etdirərək hətta basketbolla məşğul olacaq qədər əqli emosiyaları aşıb, bəlkə də incə bir kəndirin üzərində hərəkət etdiyinin fərqinə varmayıb, amma yıxılmağı ağlından belə keçirməyib..

Karyerası boyunca on dəfəyədək (!) əməliyyat olunub. Amma yenə də dirəniş göstərib, hər dəfə, sözün hər anlamında, ayaqda qalmayıb bacarıb.

Uğursuzluqlara səbəbkar göstərildiyi zaman heç vaxt bəhanələr arxasında gizlənməyib, səhvlərini etiraf etmə səmimiyyətini (bəlkə də cəsarətini) göstərib. Haqlı-haqsız durumlarda belə təzyiqi öz üzərinə götürüb, həqiqətlərdən qaçmayıb.

Futbolu idman prinsipləriylə yaşayıb. Bir oyunda komandası qol vurduğu zaman “fair-play”ə uyğun olmadığı üçün hakimə qolu qeydə almamağı söyləyəcək, millinin qarşılaşmasında qapıçımız vaxtı uzatdığı zaman bunu əngəlləyəcək qədər futbola idman ruhu daşıyıb. 
Etiqadı, dini inancları dəfələrlə müzakirə olunub, az qala etiqad banisi kimi göstərilib, başqalarının zehninə təsiredici biri kimi göstərilib, futboldan ön planı keçirilib. Amma komandasındakı istənilən zidd etiqadlı yoldaşı belə onun inancının təzyiqini əsla görməyib. Onunla ünsiyyətdə olan kimsə əsla bunu iddia edə bilməz..

Və onun performansının müzakirəsi... Neçə illərdi Rəşadın artıq futbolla vidalaşmasının vaxtının çatdığını söyləyənlər hər dəfə onun əzmkarlığını gördükdə... Sədəcə, susublar!

O qədər eşitmişəm ki... “Rəşad futbolu qurtarmalıdı” kimi replikaları.

Amma hər dəfə sübut edir ki, onu futboldan silməklə tələsirlər. Dünən “Slovan”la oyunda kapitan bunu bir daha təsdiqlədi... Öz peşəkarlığı, xarakteri ilə...

O, futbol tariximizin mübağiləsiz ən yaxşı müdafiəçisi olduğunu yenə sübuta yetirdi.

Özü də 34 yaşında!
 
34 yaş.. Bu yaşda Premyer Liqamızda bir azərbaycanlı futbolçu tapılmazkən o hələ də yeni zirvələrə cığır açır..

Zamanı gələndə, təbii ki, millidə 100-dən çox oyun keçirən (yuxarıda sadalananlara rəğmən) yeganə futbolçu Rəşad Sadıqov da butslarını mismardan asacaq. Və o zaman biz xarizmatik, əsl liderlik keyfiyyəti olan futbolçumuzu minnətdarlıqla xatırlayacağıq. Və onda, artıq əfsanə 14 nömrənin oyunlarını canlı izləmə şansımız olmayanda gedən qatarın taqqıltısı payız xəzanının üzüntüsünü gətirəcək...

Nurlan İBRAHİMOV



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail