"Müdafiədə çox oturmaq fikrimiz yoxdur"

14.09.2016 | 3308 dəfə oxunub

Çexiyanın “Slovan” klubunun baş məşqçisi Yindrix Trpişovski "Qarabağ"la oyundan öncə Bakıda mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: 

- “Qarabağ”da hansı futbolçuya qarşı xüsusi tədbir görəcəksiniz?

- Oyuna ciddi hazırlaşmışıq. “Qarabağ”ın oyunlarını izləmişəm, müdafiəsi və hücumu güclüdür. Topu özümüzdə daha çox saxlamağa çalışacağıq. Müdafiədə çox oturmaq fikrimiz yoxdur.

- Avroliqada cəza müddətiniz başa çatıb və qayıtmısınız. Artıq oyunu tribunadan izləməyəcəksiniz. Bu, sizə necə təsir edəcək?

- Tribunadan oyuna baxmaq xoşagəlməz haldır. Əvvəlcədən taktika hazırlamağıma ehtiyac yoxdur. Oyunun içində olacam və buna görə hərəkət edəcəm.

- “Qarabağ” sizin üçün münasib rəqibdir?

- “Qarabağ”ın rəqibimiz olmağına sevinmədik, çətin komandadır. Çalışacağıq qol vurub xal qazanaq.
 
- “Slovan” üçün ilk oyunun “Qarabağ”la olması sizin üçün nə dərəcədə sərfəlidir? Nəzərə alaq ki, əsas mübarizənin 2-ci yer uğrunda olacağı gözlənilir…

- “Fiorentina”nın qrupun favoriti olduğu hamıya bəllidi. Ötən mövsüm “Marsel” və “Braqa” ilə matçlarımız alınmamışdı. Çalışacağıq ki, “Qarabağ”ı məğlub edək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail