Qurban Qurbanov: "Futbolçulara demişəm ki..."
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi
çərçivəsində sabah “Slovan”la oyundan əvvəl jurnalistlərin suallarını
cavablandırıb:
- Avroliqa oyunlarında həddindən
artıq diqqətli olmalıyıq. Kiçik turnirdi. Sabah ən doğrusunu etməyə çalışacağıq.
Rəqibimiz
ciddidi. Bu il Avroliqanın qrup mərhələsinə qədər 4 oyun keçiriblər və 4 qələbələri
var. Son 3 ildə 2 dəfə qrupda oynayıblar. “Sevilya” kimi komandaya qarşı matçda
çox yaxşı nəticə əldə ediblər. Belə bir rəqibə qarşı oynamaq bir tərəfdən çətin,
digər tərəfdən maraqlı olacaq. Uğurlu nəticə əldə etməyə çalışacağıq.
- Sabah meydanda AZAL-la oyundakı ilk
“11-liy”i görəcəyik?
- Ola bilər ki, dəyişiklər olsun. Amma elə də ciddi dəyişiklik
etməyəcəyik. Bir neçə dəyişiklik olacaq.
-
Matçın baş tutacağı stadionun son durumu ilə maraqlanmısız?
- Dünən məşq keçdik. Yaxşıdı, pis
deyildi.
-
Stadion problemi komandaya necə təsir edə bilər?
- Bu məqamları böyütmək lazım
deyil. Oyuna
çox az vaxtımız qalıb. Stadion barədə düşünməyə vaxtımız yoxdu. Əlimizdə hansı
şərait varsa, ondan düzgün yararlanmalıyıq.
-
Sabahkı oyunda hansı nəticəyə ümid edirsiz?
- Çalışacağıq ki, öz düşüncələrimizi
meydanda yerinə yetirək. Ola bilsin, meydanda çox mübarizə olsun. Rəqib belə komandadı,
kombinasiyalı oyuna imkan vermir. Bir-iki qol vəziyyətləri olsa belə, ondan
istifadə etməyə çalışacaqlar. Biz çalışırıq ki, “Qarabağ” olaraq, əlimizdə
imkan varsa, ondan istifadə edək.
-
“Slovan”ın heyətində Milan Baroş kimi hücumçu var...
- Ona xüsusi diqqət ayrılacaq. Baroşun öz oyun üslubu
var. Hücumun tamamlanması və davam etdirilməsi rolu böyükdü. Topa yaxşı nəzarət
edir. Ondan topu almaq çətindi. Mənim düşüncəmdə hansısa futbolçuya qarşı tək
müdafiəçini oynatmaq yoxdu. O, hansı zonada olsa, həmin mövqedə qərarlaşan
futbolçumuz Baroşa imkan verməməlidi.
-
Artıq 3-cü dəfə Avroliqanın qrup mərhələsində iştirak edəcəksiz. Əvvəlki həyəcan varmı?
- İdmanda təcrübə artdıqca həyəcan
daim çoxalır. Təki
həmişə bu səviyyədə qalaq. Həyəcan varsa, deməli, işimizdə məsuliyyətliyik.
Avroliqadan əlavə, çempionat görüşlərində də bizdə həyəcan olur. Çünki
avrokuboklara vəsiqə çempionatda qazanılır.
-
Çempionlar Liqasına gedən yolunuzu məhz Çexiya klubu kəsdi. Bu amil sabahkı görüş öncəsi sizə əlavə stimul verirmi?
- Fikrimizdə intiqam yoxdu. Çexiyalı
futbolçular Avropada ən intizamlılardan sayılır. Bu ölkənin idmançılarında
intizam həddindən artıqdı. İdmanda intiqam yoxdu. Düşdüyün vəziyyətdən düzgün şəkildə
çıxmalısan. Biz bu gün intiqam barədə düşünsək, rəqib haqda düşünməyə vaxtımız
az olacaq. O oyunu uduzduq, keçdi. Bir də “Viktoriya” ilə düşsək, onda onlardan
revanş almaq barədə düşünmək olar.
- Hakimlər briqadası
İsveçrədən olacaq. Sizcə, bu hakimlər İsveçrə saatları kimi dəqiq işləyə biləcəklərmi?
- Mən heç kimə cavabdeh deyiləm. Hakimləri ölkələrə bölmək
düzgün çıxmaz. Bizim işimiz futbol oynamaq, onların işi oyunu idarə etməkdi.
Bir-birimizin işinə qarışmaq olmaz. Biz çalışacağıq ki, fikrimiz ancaq oyunda
olsun.
-
Sizə elə gəlmir ki, bəzən rəqibi həddindən artıq ciddiyə alırsız?
- Niyə də ciddiyə almayaq? Hər bir işdə ciddiyyət
olmalıdı. Rəqibdən-rəqibə fərq var. Dünən bir toplantımız oldu, fikirlər söylədim.
Bu gün də rəqibin oyunlarına baxdım və əlavə fikirlər ortaya çıxdı. Ola bilər
ki, çox dərinə getmək bəzən xeyrimizə olmayıb, amma bəzən də xeyrimizə olub.
-
Sabiq komandanız “Neftçi”nin “Qəbələ”yə 0:8 hesablı məğlubiyyətini necə
qarşıladız?
- Məni hansısa klub yox, Azərbaycan
futbolu narahat edir. Daim istəmişəm ki, komandalarımız həmişə uğurlu nəticələr əldə
etsinlər. Həm “Qəbələ”, həm də “Neftçi” bizim rəqibimizdi. Futbolçulara daim
demişəm ki, bizim işimiz öz oyunumuza fikir verməkdi. Hər klubun öz idarə heyəti,
başbilənləri var. Bizim müdaxilə etməyimiz düz çıxmaz, hörmətsizlik olar.
“Qarabağ” olaraq, biz də böyükhesablı məğlubiyyətə uğramışıq. Bəzən belə məğlubiyyətlərin
komanda və klub üçün böyük faydası olur.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |