"Neftçi"ni qısa müddətdə dirçəltmək mümkün olmayacaq"

14.09.2016 | 2798 dəfə oxunub

"İlk öncə gedənlərə uğurlar arzu edirəm. Mən sözümü indi yox, 2 ildi deyirdim ki, "Neftçi"ni çökdürəcəklər. Bu, bir daha hər bir insana dərs olmalıdır".

Stadium.Az xəbər verir ki, bu sözləri Qol.az-a açıqlamasında "Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanov deyib.

O, "Neftçi"nin icraçı direktoru Elnur Məmmədov və baş məşqçi Vəli Qasımovun istefaya göndərilməsinə münasibət bildirib:

"Hərə öz bacardığı işlə məşğul olmalıdır. İtirən isə tarixi klub "Neftçi" oldu. Ən azı 3-5 il köklü klubu geri saldılar. Azarkeşlərə, ümumi futbola vurulan mənəvi zərbəni, yaranı sağaltmaq lazımdır. Baş məşqçi Vəli Qasımova gəldikdə isə, öz şansını dəyərləndirə bilmədi.

İcraçı direktorla baş məşqçinin göndərilməsi onu göstərir ki, bütün transferlərə nəzarət, danışıqları bu insanlar aparıb. Dünyada ən bacarıqsız əcnəbi menecer belə futbolu bilməyən, başı çıxmayan klub rəsmisini susuz aparıb susuz gətirər. "Neftçi"yə gətirilən səviyyəsiz transferlər bunun əyani sübutudur”.

T.Süleymanov əlavə edib ki, "Neftçi"ni qısa müddətdə dirçəltmək mümkün olmayacaq: "Bundan sonra nə baş verəcək? Müşahidə Şurası nəzarəti gücləndirməli, səhvlərdən nəticə çıxarmalı və düzgün kadr siyasəti aparmalıdır. İki ildə "Neftçi" uçuruma yuvarlanıb. Bundan sonra da düzgün addımlar atılmasa, "Neftçi"ni  qısa müddətdə dirçəltmək mümkün olmayacaq. İctimaiyyəti, jurnalistləri, azarkeşləri günahlandırmaq yox, səhvlərdən nəticə çıxarmaq lazımdır".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail