"Mançester Yunayted"dən rekord gəlir

13.09.2016 | 3039 dəfə oxunub

"Mançester Yuayted" rəhbərliyi 2015/16 mövsümü üçün maliyyə hesabatını açıqlayıb. Stadium.Az "Sky Sports"a istinadən xəbər verir ki, klubun ümumi gəliri 515.3 milyon funt təşkil edib.

Bunun 68.9 milyonu əməliyyat gəliridir. "Manikunianlar" 500 milyon funt gəlir həddini keçən ilk ingilis klubu olub. 2015-ci ildə bu göstərici 395.2 milyon funt idi. "Qırmızı şeytanlar" gəlirin həcminə görə "Barselona"dan geri qalır. Katalon klubu iyulda 570 milyon funt gəlir əldə etdiyini açıqlamışdı.

Avrokuboklarda uğur qazana bilməyən "Mançester Yuayted"in gəliri İngiltərə kubokunu qazanması, teleyayım hüquqlarının satışı və 14 sponsor müqaviləsi hesabına artıb. Nəzərə almaq lazımdır ki, klub Lui van Qaal və köməkçilərinə 8.4 milyon funt təzminat da ödəmişdi. "Manikunianlar"ın borcu 2016-cı il 30 iyuna qədər 260.9 milyon funt təşkil edib. Bu, ötən ildəkindən 5.7 milyon funt çoxdur.

"2016-cı maliyyə ili üçün hesabatımız inkişaf və biznesin tərəqqisini göstərir. 2017-ci ildə Çempionlar Liqasız belə rekord gəlir qazanmaq yolundayıq. Güclü maliyyə göstəriciləri komandanın heyəti, menecment, infrastruktura yatırım etməyimizə imkan verdi. Bu, qarşıdakı illərdə titul mübarizəsində yaxşı mövqe tutmağımıza şərait yaradacaq" - klubun icraçı direktoru Ed Vudvard qeyd edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail