"Neftçi" eks qapıçısını məhkəməyə verdi

13.09.2016 | 4745 dəfə oxunub

"Keçmiş qapıçı Saşa Stamenkoviçin klub rəhbərliyinin ünvanına səsləndirdiyi fikirlərin heç biri həqiqətə uyğun deyil. Bundan əlavə, futbolçu anlamalıdır ki, o qədər ciddi bəyanatlar səsləndirərkən onu fakt və sübutlarla əsaslandırmaq lazımdır”.

Stadium.Az xəbər verir ki, bu barədə klubun bəyanatında yazılıb.
 
Bəyanatda həmçinin qeyd olunub ki, bütün sadalananları nəzərə alaraq klub rəhbərliyi prokurorluğa və məhkəməyə müraciət etməklə bağlı qərar qəbul edib:

"Heç kəs heç vaxt "Neftçi" futbolçularından aldığı maaşın yarısını tələb etməyib, heç kim futbolçularla onlara çatan pulu bölməyib. "Neftçi" Saşa Stamenkoviçlə də bütün hesablaşmalarını edib və biz serb qapıçısının bu bəyanatının niyə meydana çıxmasının səbəblərini anlamırıq. Son zamanlar klubda yaranan çətin vəziyyəti nəzərə alsaq, belə yalan məlumatların yayılması ən azı çaşqınlığa səbəb olur”.
 
Premyer Liqanın IV turunda "Qəbələ”yə 0:8 hesablı məğlubiyyətdən sonra "Neftçi”nin sabiq qolkiperi Saşa Stamenkoviç feysbukda "Neftchi Baku (Fan Page)” səhifəsinə göndərdiyi müraciətdə klubun düşdüyü vəziyyətə görə rəhbərliyi günahlandırıb və sərt ittihamlarla çıxış edib. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail