"Neftçi"nin məşqçisi: "Bu biabırçılıq gözlənilirdi"

10.09.2016 | 3646 dəfə oxunub

“Neftçi”nin məşqçisi Tofiq Mustafayev "Qəbələ"yə 8:0 hesablı biabırçı məğlubiyyətdən sonra jurnalistlərin suallarını cavablandırıb: 

“Qəbələ” bizi bütün komponentlərdə üstələdi. Rəqibin hegemonluğu meydançada göründü. “Neftçi”nin fiziki durumunun pis olduğunu hiss etdim. Hamının müqaviləsi var və hər bir futbolçu maaş alır. Başa düşməlidilər ki, burda məsuliyyətli futbolçular çıxış etməlidi. Vəli Qasımovla dünən ayrılmışıq, onunla bu gün əlaqə saxlamamışıq. Amma acı olsa da, düzgünlüyü demək lazımdı. Bu nəticə böyük biabırçılıqdı. Amma bu biabırçılıq gözlənilirdi.

- Tarixi olan “Neftçi”nin bu hala düşməsinə nə ad qoymaq olar?

- Əgər meydanda mübarizə yoxdusa, belə olmalıdı. Mən bu oyunda futbolçularda məsuliyyəti hiss etmədim.

- 0:8 hesablı məğlubiyyətdə məşqçilər korpusunun günahı neçə faizdi?

- Komanda qalib gələndə hamı təriflənir, uduzanda isə məşqçilər korpusu tənqid olunur. Deməli, hamımız günahkarıq. Baş məşqçi istefa versə, mən də verəcəm.

- Bütün məşqçilər heyəti istefaya göndərilsə, yeni gələcək məşqçiyə nə məsləhət verərdiz?

- 0:8 hesabı ilə uduzmamaq üçün birinci mübariz komanda yaratmaq lazımdı. Tam məsuliyyətimlə deyirəm ki, fiziki hazırlıq düzgün keçilməyib. Keçən il komandanı götürdük, həm fiziki, həm taktiki hazırladıq. Keçən ilki nəticələrlə bu ilki nəticələri müqayisə edə bilərsiz. Bütün günahı ispan məşqçimizin üzərinə atmaq istəmirəm. Bilmirəm, o, kimin istəyi ilə komandaya gəlib, amma fakt belədi.

- Klubun transfer siyasətində də səhvlər olduğunu etiraf edirsiz?

- Deməzdim ki, onlar zəifdilər, sadəcə vaxt lazımdı. O vaxt Subaşiçi “Neftçi”yə gətirəndə 6 ay oynamamışdı. Sonra özünə gəldi, yaxşı oyun göstərdi. Kluba gələn əcnəbilər onun tarixini bilməlidilər.

- Bəlkə komandada məşqçilərin və ya rəhbərliyin “torbasını” tikən futbolçular var?

- Mən belə şeyə inanmıram. Rəhbərlik onlara hər cür şərait yaradılıb. Rəhbərlik futbolçularla tam səmimidi.

- Ruslan Qurbanov açıqlamasında ona “Neftçi”də it kimi davranıldığını deyib...

- Mən belə düşünmürəm. O, komandanın liderlərindən idi. Ruslana qarşı pis münasibət olmayıb.

- Əvəzedici heyət bu gün meydana çıxsaydı, sizcə, daha qeyrətli oynamazdı?

- Razıyam. Onlarda motivasiya daha çox olacaq, gözləri yanacaq. Bəlkə də, taktiki planda uduzacaqdılar, amma sona qədər döyüşəcəkdilər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail