Şahin Diniyev: "Bizə qələbə hava-su kimi lazımdır"

10.09.2016 | 3205 dəfə oxunub

Premyer Liqanın IV turu çərçivəsində “Zirə” ilə qarşılaşacaq “Kəpəz” artıq oyunun hazırlığını başa vurub. Stadium.Az xəbər verir ki, Gəncə klubunun baş məşqçisi Şahin Diniyev matçla bağlı kapazpfc.az saytına açıqlama verib: 

“Həmişə olduğu kimi bizi çətin oyun gözləyir. “Zirə” formalaşmış yaxşı heyətə malik komandadır. Bizə qələbə hava-su kimi lazımdır. Amma bu heç də asan olmayacaq. Məqsədimizə çatmaq üçün çox əziyyət çəkməliyik. Mənə elə gəlir ki, azarkeşlər üçün də maraqlı, mübarizəli oyun olacaq. Xarakterin, gərgin məşqlərin və ayrı bir neçə amillərə görə qələbəyə ümid edirik. Hazırlığımız yaxşı keçib, motivasiya yerindədir. 

Turnir cədvəlindəki yerimiz də komandanı qələbə qazanmağa sövq edir. Futbolçular da matçın əhəmiyyətini yaxşı başa düşürlər. 8 komandalı çempionat keçirilir, hər bir rəqib ilə oyunda itirilən xallar sonda turnir cədvəlindəki vəziyyətə böyük təsir edə bilər”.

Sabah keçiriləcək "Kəpəz" - "Zirə" oyunu saat 16:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail