Bu gün futzal üzrə Dünya Çempionatı başlayır

10.09.2016 | 3966 dəfə oxunub

Bu gün Kolumbiyada futzal üzrə dünya çempionatının final mərhələsi başlanır. 24 milli komandanın iştirak etdiyi turnirdə ilk dəfə Azərbaycan futzalçıları da var.

Stadium.Az xəbər veir ki, Final turnirinin rəsmi açılış mərasimi sentyabrın 10-da Kolumbiya – Portuqaliya görüşündən öncə olacaq. Tədbir 18 minlik “Kalizeo El Pueblo” arenasında təşkil ediləcək


Oyunlar Kolumbiyanın Kali, Bukaramanqa və Medelyin şəhərlərində keçiriləcək.

"F" qrupunda yarışacaq millimizin rəqibləri İspaniya, İran və Mərakeş futzalçılarıdır. Komandamız ilk oyunu sentyabrın 12-də Mərakeş idmançılarına qarşı keçirəcək. Futzalçılarımız sentyabrın 15-də ikinci tur çərçivəsində İspaniya, sentyabrın 18-də sonuncu – 3-cü turda İran millisi ilə üz-üzə gələcək.

12 sentyabr
I tur
Məkakeş – Azərbaycan
15 sentyabr
II tur
Azərbaycan – İispaniya
18 sentyabr
III tur
Azərbaycan – İran

Dairəvi sistemlə birdövrəlik mübarizənin yekununda qrupda ilk iki yeri tutan komandalar birbaşa növbəti mərhələyə vəsiqə qazanacaqlar. Ən yüksək nəticə göstərmiş 4 ən yaxşı qrup üçüncüsü də onlara qoşulacaq və beləliklə 16 millinin iştirakı ilə 1/8 final oyunları keçiriləcək. Bu mərhələnin oyunları sentybarın 20-21 və 22-nə təyin olunub. Sentyabrın 24-25-də 1/4, 27-28-də yarımfinal görüşləri olacaq. Dünya çempionu isə oktyabrın 1-nə təyin olunmuş final matçında müəyyənləşəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail