Qurban Qurbanov: "Mən bu barədə heç düşünməmişdim"

09.09.2016 | 3926 dəfə oxunub

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 4-cü turunun AZAL-la oyunundan (6:0) sonra jurnalistlərin suallarını cavablandırıb:

- Qarşıda bizim Avroliqada çətin oyunumuz var. Bu oyunu unudub qarşıdakı matç barədə düşünməliyik.

- Bu oyun rəqibin – “Slovan”nın stadionda olan məşqçisinə gözdağı idi?

- Yox, mən belə düşünmürəm. Rəqib bizim oyunlarımızı izləyiblər. "Slovan" çox güclü komandadır. Son iki mövsümdə Avropa Liqasında qrupda oynaması bunu deməyə əsas verir. Onların oyunlarını stadiondan da canlı izləmişəm. Çox dinamik komandadırlar.

- Avroliqadakı stadion seçiminizlə bağlı nə deyə bilərsiz?

- Biz istəməzdik ki, az azarkeş qarşısında oynayaq. Avropa oyunlarımızı ən azı 20 min azarkeş qarşısında oynamışıq və onların hamısı stadionda bizi sona kimi dəstəkləyiblər. Bu gün üçün Olimpiya stadionunun vəziyyəti düzələ bilər, amma biz baxanda heç də ürəkaçan deyildi. İndi bir oyundur, bunu yola vermək lazımdı. Bunun üçün isə hamımız bir olmalıyıq. Belə məqamlara fikir vermək istəmirik. İstəyirik hamı üçün yaxşı olsun, ama kənar fikirlər önəmli olmamalıdır.

Biz qarşıdakı oyunda düşünürük ki, rəqib öz oyunun oynamasın. Amma biz öz oyun üslubumuzdan əl çəkməyəcəyik. Əvvəlcə rəqibin oyunun pozub, sonra öz oyunumuzu diqtə etməyə çalışacağıq.

- "Slovan"la oyundan əvvəl bu matçı məşq hesab etmək olar?

-Xeyir. Bu iki komanda fərqli klublardır. 

- Siz vaxtilə AZAL-a 6:2 hesabıyla məğlub olmuşduz. Bu gün onun qisasın aldız?

- Mən bu barədə heç düşünməmişdim. Əgər düşünsəm ki, kimdənsə qisas alacam, heç vaxt istəyimə çata bilmərəm. Qisası həyatda almaq daha asandı, nəinki idmanda. Rəqib baş məşqçidə məni yaxşı tanıyır, inanmıram ki, Tərlan Əhmədov da bu haqda düşünsün. Hər bir baş məşqçinin ağır məğlubiyyəti olur.

-Bədavi Hüseynov "Slovan"la oyuna hazır olacaq?

-Yəqin ki, oynamayacaq. Daha doğrusu oynamama ehtimalı daha çoxdu. Bədavi məşqlərə başladı, amma gördük ki, zədəsi onu incidir, saxladı. İndi o məşq etmir.

- Ansi Aqolli niyə oynamadı?

- Aqolli millisinin düşərgəsindən gec döndü, Ansi ötən gün günorta saatlarında bizim düşərgəyə gəldi. Yorğun olduğu üçün bu gün oynamadı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail