Zabit Səmədov Bakıda görüş keçirdi - FOTOLAR

09.09.2016 | 4578 dəfə oxunub

Bu gün azərbaycanlı K-1 ustası Zabit Səmədov pərəstişkarları ilə görüşüb. Stadium.Az xəbər verir ki, görüş "Park Bulvar" ticarət mərkəzində təşkil olunub. Z.Səmədov əvvəlcə jurnalistlərin suallarını cavablandırıb.

Böyük azarkeş izdihamı ilə keçən görüşdə idmançı pərəstişkarlarına avtoqraf verib, onlarla şəkil çəkdirib.

Zabit Səmədov Qroznı şəhərində Çeçenistan Muxtar Respublikasının ilk prezidenti Əhməd-Hacı Kadırovun xatirəsinə həsr olunmuş peşəkar kikboksinq turnirində "WBC Muaythai" versiyası üzrə dünya çempionu titulu uğrunda rumıniyalı döyüşçü Katalin Moroşanu ilə qarşılaşıb. Döyüş rəqibin hücumları ilə başlayıb. Qarşılaşmanın əvvəlində müdafiə mövqeyi tutan Zabit gözlənilmədən Moroşanunun sinəsinə güclü diz zərbəsi endirib. Rəqib nokaut vəziyyətinə düşdüyündən, Z.Səmədov qalib elan olunub. Döyüş 1 dəqiqə 13 saniyə davam edib və 1-ci raundda yekunlaşıb. 

Həmin döyüşdə Z.Səmədovu Bakıdan Qroznıya getmiş 120-yə yaxın azarkeş dəstəkləyib. Turnir çərçivəsində kikboksinq, muaytay və klassik boks qaydaları üzrə 13 qarşılaşma baş tutub: 8 ilkin, 4 əsas və 1 başlıca. Rinqə 11 ölkə – Rusiya, Rumıniya, Belarus, Hollandiya, Xorvatiya, Estoniya, Azərbaycan, Tunis, Özbəkistan, Gürcüstan və Surinam nümayəndəsi çıxıb. Mərkəzi görüş Zabit Səmədovla Katalin Moroşanu arasında baş tutub və yekunda "Mauquli" ləqəbli Azərbaycan idmançısı "WBC Muaythai" versiyası üzrə dünya çempionu kəmərinə yiyələnib.






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail