"San Marino azlıqda qaldıqdan sonra oyun bizim üçün bir az daha rahatlaşdı"

05.09.2016 | 3629 dəfə oxunub

"Əslində 1:0 sürüşkən hesabdır. Ancaq ümumilikdə götürdükdə üstünlük bizdə idi".  Stadium.Az xəbər verir ki, bunu açıqlamasında millimizin  futbolçusu Rəşad Sadıqov DÇ-2018-in seçmə mərhələsində San Marino yığması üzərində 1:0 hesablı qələbə qazandıqları oyundan sonra deyib.

90 dəqiqə ərzində üstün tərəf olduqlarını söyləyən kapitan çoxsaylı hücum və yaxşı kombinasiyaları qola çevirə bilmədiklərini vurğulayıb. O, müdafiədə çox qapalı oynadıqlarını da əlavə edib:

"Bəzi anlarda rəqib bizim müdafiəni yarmaqda çox çətinlik çəkirdi. Üstəlik, San Marino azlıqda qaldıqdan sonra oyun bizim üçün bir az daha rahatlaşdı, daha üstün oynadıq. Yaxşı qol imkanlarımız oldu, amma istifadə edə bilmədik". 

34 yaşlı oyunçunun fikrincə, hesabdan asılı olmayaraq, ən vacib olanı üç xaldır: "Qarşıdakı oyunlara daha inamla çıxmaq üçün bizə bu qələbə lazım idi. Üzərimizdə təzyiq vardı. Çox adam deyə bilər ki nəyə görə təzyiq var? Amma bu tip komandalara qarşı oyunlarda təzyiq daha çox olur. Çünki bu oyunda mütləq qələbə qazanmaq lazım idi".

Təcrübəli müdafiəçi yığmanın heyətində tam formada olmayan futbolçulardan da danışıb: "Mövsümün əvvəlidir. Bəzi futbolçular bir-iki oyun keçirib. Həm də San Marino ilə matçda nəyəsə qiymət vermək çətindir. Çünki rəqib əsasən müdafiədə çıxış edirdi. İnanıram ki, futbolçularımız Norveç və Çexiya ilə növbəti qarşılaşmalara daha yaxşı hazırlaşıb, uğurla çıxış edəcəklər". 

Bədavi Hüseynov və Ruslan Abışov zədəli olduğundan, R.Sadıqov müdafiədə əslində sağ cinah oyunçusu sayılan Maksim Medvedevlə yanaşı oynayıb. Kapitan M.Medvedevlə tandeminin pis alınmadığını söyləyib: "Biz klubda da bir birgə çıxış edirik. Maksimlə yanaşı oynamaq çətin deyildi". 

Sonda kapitan Azərbaycan yığmasının C qrupundakı perspektivi barədə də danışıb: "Qrupumuzda 4 güclü rəqib. Almaniya, Çexiya, Norveç və Şimali İrlandiya milliləri qrupdan çıxmaq üçün oynayacaqlar. Biz də çalışacağıq ki, bacardığımız qədər uğur qazanaq. Hər oyunda meydana qələbə üçün çıxacağıq. Hər şeyi zaman göstərəcək".

San Marino ilə görüşdə Azərbaycan millisinin qələbə topunu 45-ci dəqiqədə Ruslan Qurbanov vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail