Zabit Səmədov Bakıda görüş keçirəcək - SEVƏNLƏRİYLƏ
Azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədovla görüş keçiriləcək. Stadium.Az xəbər verir ki, ölkəmizi dünyada layiqincə təmsil edən idmançı sentyabrın 8-də sevənləri ilə bir araya gələcək.
Park Bulvarda baş tutacaq görüş saat 17:00-dan başlayacaq. İlk yarım saat ərzində media nümayəndələrinin suallarını cavablandıracaq Z.Səmədov bundan sonra pərəstişkarları ilə görüşəcək.
Dünya çempionu bir neçə gün əvvəl ölkə Prezidenti İlham Əliyevlə görüşüb. Dövlət başçısı Zabit Səmədovu Çeçenistanda keçirilmiş turnirdə qazanılan qələbə münasibətilə idmançını təbrik edib.
Zabit Səmədov Qroznı şəhərində Çeçenistan Muxtar Respublikasının ilk prezidenti Əhməd-Hacı Kadırovun xatirəsinə həsr olunmuş peşəkar kikboksinq turnirində "WBC Muaythai" versiyası üzrə dünya çempionu titulu uğrunda rumıniyalı döyüşçü Katalin Moroşanu ilə qarşılaşıb. Döyüş rəqibin hücumları ilə başlayıb. Qarşılaşmanın əvvəlində müdafiə mövqeyi tutan Zabit gözlənilmədən Moroşanunun sinəsinə güclü diz zərbəsi endirib. Rəqib nokaut vəziyyətinə düşdüyündən, Z.Səmədov qalib elan olunub. Döyüş 1 dəqiqə 13 saniyə davam edib və 1-ci raundda yekunlaşıb. Həmin döyüşdə Z.Səmədovu Bakıdan Qroznıya getmiş 120-yə yaxın azarkeş dəstəkləyib.
Turnir çərçivəsində kikboksinq, muaytay və klassik boks qaydaları üzrə 13 qarşılaşma baş tutub: 8 ilkin, 4 əsas və 1 başlıca. Rinqə 11 ölkə – Rusiya, Rumıniya, Belarus, Hollandiya, Xorvatiya, Estoniya, Azərbaycan, Tunis, Özbəkistan, Gürcüstan və Surinam nümayəndəsi çıxıb. Mərkəzi görüş Zabit Səmədovla Katalin Moroşanu arasında baş tutub və yekunda "Mauquli" ləqəbli Azərbaycan idmançısı "WBC Muaythai" versiyası üzrə dünya çempionu kəmərinə yiyələnib (Report.az).
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |