"Neftçi" "Xəzər Lənkəran" oyunu hansı tərəfə qələbə vəd edir?

05.11.2011 | 4110 dəfə oxunub


Premyer Liqanın 12-ci turu çərçivəsində sabah “Xəzər Lənkəran” növbəti dəfə Bakı səfərinə çıxır. Stadium.az xəbər verir ki, ilk dövrəni birinci pillədə başa vuran komanda ikinci dövrəyə əzəli rəqibi "Neftçi" ilə oyunla start verir.
 
Hazırkı statistika. Mövsümün ikinci qarşılaşması öncəsi hər iki komanda eyni hesablı qələbələr əldə edib. “Xəzər Lənkəran” ardıcıl ikinci turda fərqlənən Deyan Rusiçin qolu ilə “Kəpəz”i doğma meydanda məğlubiyyətə uğratdı. “Neftçi” də ötən həftə evdə oynayırdı və paytaxt təmsilçisi “Turan” üzərində son dəqiqələrdə vurulan qolla qələbə əldə etdi.
 
“Neftçi”yə qarşı bu tur oynanılacaq matç lənkəranlıların mövsümdə altıncı səfər oyunudur. Ev oyunlarında yüz faizlik nəticəni qoruyan “Xəzər Lənkəran”, bu həftəyə kimi keçirdiyi 5 səfər oyunundan ikisində qələbə qazanıb, ikisində heç-heçə oynayıb və bir dəfə məğlub olub. Bu mövsüm komanda çempionat çərçivəsində rəqib meydanında 7 qol vurub, qapısında isə 4 qol görüb.
 
Cənuk təmsilçisinin rəqibi üçün isə qarşıdan gələn görüş yeddinci ev oyunudur. Paytaxt klubu bu oyunların altısında qalib gəlib, bir dəfə isə məğlubiyyətə uğrayıb. Ev oyunlarında “Neftçi”nin vurduğu qolların sayı 11, buraxdığı qolların sayı isə 3-dür.
 
Əgər ötən tur “Xəzər Lənkəran”la “Kəpəz” arasında oyunu çempionatın ən məhsuldar komandalarının görüşü adlandırmaq olardısa, hazırda bu sözü məhz “Neftçi” – “Xəzər Lənkəran” qarşılaşması haqqında da demək olar. Geridə qalan 11 tur ərzində “Xəzər Lənkəran” rəqib qapılarında 17 qol, “Neftçi” isə 16 qol keçirib.
 
Bununla yanaşı “Xəzər Lənkəran” “İnter”lə yanaşı çempionatın ən az qol buraxan komandası statusunu qorumaqda davam edir (7 qol). “Neftçi”də bu göstərici 9-a bərabərdir.
“Xəzər Lənkəran” – “Neftçi” (1:0), 10.09.2011
 
Tarix. Bazar günü keçiriləcək "Neftçi" - “Xəzər Lənkəran” oyunu çempionatlar tarixində sayca 21-cidir. Bakıda isə ölkə birinciliyi çərçivəsində bu komandalar 10-cu dəfə üz-üzə gələcəklər. Geridə qalan 7 il ərzində baş tutmuş 9 qarşılaşmada 3 dəfə “Neftçi” qalib gəlib, 1 dəfə “Xəzər Lənkəran” üç xal əldə edib, 5 dəfə isə heç-heçə qeydə alınıb.
“Neftçi” – “Xəzər Lənkəran” (0:0), 01.05.2010.
 
"Neftçi" - “Xəzər Lənkəran” oyunlarının ümumi hesabı isə hazırda bərabərdi. Keçirilən 22 oyunda hər tərəf 6 qələbə qazanıb, 10 dəfə isə heç-heçə qeydə alınıb.
 
Bu komandalar arasında “Bakı”da keçirilən son oyun ötən çempionatın axırıncı turunda baş tutub və 1:1 hesabı ilə yekunlaşıb. Rəqibin heyətində Cavid İmamverdiyevin vurduğu qola bir dəqiqə sonra Julius Vobay cavab vermişdi.
“Neftçi” - “Xəzər Lənkəran” (1:1), 31.05.2011.
 
Oyunçular. “Bakı” ilə oyunda qırmızı vərəqə almış və bir oyun buraxmalı olan Alim Qurbanovun xidmətlərindən bu görüşdə Rednik tərəfindən isitfadə oluna bilər.
 
Bu günə kimi bütün yarışlarda baş tutmuş oyunlarda “Xəzər Lənkəran”ın 14 müxtəlif oyunçusu qol vura bilib. Cənubluların heyətində “Neftçi”nin qapısından ən çox qol keçirmiş futbolçu isə hazırda da “Xəzər Lənkəran”da çıxış edir və bu həftə də meydana çıxa bilər. Bu oyunçu Julius Vobaydır.
 
Bu ilin əvvəlində komandaya qoşulmasına baxmayaraq, Syerra-Leoneli hücumçu “Neftçi”nin qapısında artıq üç dəfə yol tapa bilib. Bu qollardan biri kubokda, ikisi isə çempionatda vurulub. Maraqlıdır ki, bu mövsüm əvəzedici komandaların çempionatının 5-ci turunda keçirilmiş “Xəzər Lənkəran” – “Neftçi” oyununda iştirak edən Vobay bu oyunda da iki qol vurmuşdu.
“Xəzər Lənkəran” – “Neftçi” (1:1), 18.03.2011.
 
Adrian Pit bu qarşılaşmada iştirak edərsə “Xəzər Lənkəran”ın heyətində 30-cu oyununa çıxmış olacaq.
 
Bu oyunda “Xəzər Lənkəran”ın qalib gələcəyi təqdirdə Mirça Rednik Premyer Liqada 25-ciqələbəsini qazanmış olacaq.
 
Hakimlər. Oyunun baş hakimi Elnur Muradov olacaq. Ona assistentlik edəcək referilər – İlham Əliyev və Mehman Mahmudov. Dördüncü hakim – Fariz Yusifov.
 
Oyunun keçiriləcəyi yer və vaxt. Görüş 6 noyabr tarixdə, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutacaq. Komandalar son dəfə bu stadionda 2010-cu ilin may ayında görüşüblər, həmin oyun qolsuz heç-heçə ilə yekunlaşıb.
“Neftçi” – “Xəzər Lənkəran” (0:0), 01.05.2010.
 
Matçın başlama vaxtı – 14:30. Oyun “İdman Azərbaycan” telekanalı vasitəsilə canlı yayımlanacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail