Samir Məsimov yeni baş məşqçinin ilk oyununda qol vurdu

03.09.2016 | 3958 dəfə oxunub

Azərbaycanlı futbolçu Samir Məsimovun top qovduğu Sloveniyanın “Domjale” klubunda baş məşqçi dəyişikliyi olub. Stadium.Az xəbər verir ki, Luka Elsner “sarı-göylər”lə yollarını ayırıb. 

2013-cü ildən bu komandanın sükanı arxasında olan 34 yaşlı mütəxəssis ölkənin daha samballı klubu olan “Olimpiya” ilə anlaşıb. Həmyerlimizin “Domjale”dəki yeni məşqçisi də bəlli olub. Belə ki, bundan sonra klubu Simon Rojman çalışdıracaq.

Artıq Rojman “Domjale”nin “sükanı arxasında” ilk oyununu da keçirib. Əsas komanda ilə klubun U-19 komandası arasındakı yoxlama oyunu böyüklərin darmadağını ilə yekunlaşıb – 4:0.

Məsimov oyunun 86-cı dəqiqəsində vurduğu qolla komandasının qələbəsinə töhfə verib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail