“İkinci hissəni azlıqda keçirsək də, əsl qələbə ruhu göstərdik" - MESSİ

02.09.2016 | 3551 dəfə oxunub

“İkinci hissəni azlıqda keçirsək də, əsl qələbə ruhu göstərdik. Nəticədə hesabı sona qədər qoruyub saxlamağı bacardıq”. Stadium.Az xəbər verir ki, bu sözləri Argentina yığmasının kapitanı Lionel Messi deyib.

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində bu gecə Uruqvayla qarşılaşan cənubi amerikalılar məhz Messinin yeganə qolu sayəsində meydandan 3 xalla ayrılıblar.

Matçdan sonra yerli mətbuata açıqlamasında fikirlərini bölüşən “Barselona”nın hücumçusu Argentina yığmasına qayıdışını belə şərh edib:

“Baş məşqçi və yığmadakı komanda yoldaşlarımla danışdıqdan sonra milliyə qayıtmaya bilməzdim. Əslində Amerika Kubokunda çox yaxşı oynamışdıq. Düzdü, finalda uduzduq. Həmin vaxt bütün komanda məyus idi. Hamımız zərbə almışdıq. Yenidən yığmada olduğum üçün isə şadam. Növbəti matçda oynayıb-oynamayacağımı bilmirəm. Bir az narahatlıq hiss etsəm də, meydana çıxmaq istərdim”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail