"Qəbələ" UEFA tarixində tək komandadır!

27.08.2016 | 4807 dəfə oxunub

UEFA Avropa Liqasının qrup mərhələsi ilə bağlı maraqlı statistik yazı hazırlayıb. Stadium.Az xəbər verir ki, rekord müəyyənləşdirən klublar arasında “Qəbələ” də var.

Belə ki, təmsilçimiz ikinci dəfə Avroliqanın qrupunda iştirak hüququ əldə edib. “Qırmızı-qaralar” həm ötən, həm də cari mövsümdə qrupa düşmək üçün 4 rəqibi mübarizədən kənarlaşdırmalı olublar. İkinci dəfə I təsnifat mərhələsindən mübarizəyə başlayıb, qrupa qədər irəliləyən “Qəbələ” bu baxımdan “Rusenborq”un rekorduna şərik olub. Ancaq Roman Qriqorçukun yetirmələri ardıcıl iki mövsüm bunu bacaran yeganə komandadı.

Bundan başqa, yazıda həm klubların, həm də futbolçuların qrupla bağlı rekordları qeyd olunub. Həmin statistik məlumatlarla sizi tanış edirik:

KLUBLAR

Avropa Liqasının qrupuna ən çox vəsiqə qazananlar:

“Brügge”, PSV – 6 dəfə; “Atletik”, “Latsio”, PAOK, “Rapid” (Vyana), “Zalsburq”, “Sparta”, “Sportinq”, “Styaua”, “Tottenhem”, “Vilyarreal” – 5.

Avropa Liqası və UEFA Kubokunun qrupuna ən çox qatılanlar:

“Brügge” – 9 dəfə; “Alkmar”, “Tottenhem” – 8; “Bazel”, “Beşiktaş”, “Dinamo” (Zaqreb), “Partizan”, “Sevilya”, “Sparta”, “Styaua”, “Vilyarreal” – 7.

Avropa Liqasında ən çox xal toplayanlar:

PSV – 66 xal; “Zalsburq” – 64.

UEFA Kuboku da daxil olmaqla ən çox xal toplayanlar:

“Tottenhem” – 82 xal; PSV – 66.

Ən çox qol vuranlar:

“Zalsburq” – 57 qol; “Napoli”, “Tottenhem” – 53.

UEFA Kuboku da daxil olmaqla ən çox qol vuranlar:

“Tottenhem” – 76 qol; “Alkmar” – 62.

Ardıcıl qrup səddini ən çox aşanlar:

“Anderlext”, “Napoli”, “Vilyarreal” – 4 dəfə.

Qrupu ən çox lider kimi başa vuranlar:

“Liverpul”, PSV, “Zalsburq”, “Sportinq” – 3 dəfə.

Bir mövsümdə qrupda ən çox xal toplayanlar:

“Zenit” (2010/11), “Anderlext” (2011/12), “Zalsburq” (2013/14), “Tottenhem” (2013/14), “Dinamo” (Moskva, 2014/15), “Napoli” ( 2015/16) – 18 xal.

Qrup səddini ən az xalla keçənlər:

“Anderlext” (2010/11), “Napoli” (2010/11), “Maribor” (2013/14), “Dnepr” (2014/15), “Midtyuland” (2015/16) – 7 xal.

Ən çox xalla qrupda qalanlar:

“Birmingem” (2011/12), PSJ (2011/12), “Tottenhem” (2011/12), “Yanq Boyz” (2012/13), “Lokeren” (2014/15), “Sparta” (2014/15) – 10 xal.

Bir mövsümdə qrupda ən çox qol vuran:

“Napoli” (2015/16) – 22 qol.

I təsnifat mərhələsindən mübarizəyə qoşulub qrupa qədər irəliləyənlər:

“Fulhem” (2011/12), “Rusenborq” (2012/13, 2015/16), “Tvente” (2012/13), “Tromsö” (2013/14), “Qəbələ” (2015/16, 2016/17), “Makkabi” (Təl Əviv, 2016/17).

Bu mövsüm Avropa Liqasının qrupunda debüt edəcək komandalar:

“Astana”, “Selta”, “Dandalk”, “Hapoel” (Beer-Şeva), “Konyaspor”, “Olimpiakos”, “Osmanlıspor”, “Sassuolo”, “Sauthempton”, “Maynts”, “Mançester Yunayted”, “Nitsa”, “Zarya”.

Turnirdə ən çox təmsil olunan ölkələr:

İtaliya – 26 dəfə; Hollandiya, İspaniya – 22; Almaniya – 21; İngiltərə - 20; Fransa, Portuqaliya – 19.

UEFA Kuboku da daxil olmaqla, ən çox təmsil olunan ölkələr:

İspaniya – 40 dəfə; Almaniya, İtaliya, Hollandiya – 38; Fransa – 37.

Ən çox klubla təmsil olunan ölkələr:

Almaniya – 14 klubla; İngiltərə, İtaliya, Portuqaliya – 12; Fransa – 11.

UEFA Kuboku da daxil olmaqla ən çox klubla təmsil olunan ölkələr:

İngiltərə, Almaniya – 17 klubla; Fransa – 16; İtaliya, İspaniya – 14.

Qrup mərhələsində təmsil olunmayan ölkələr:

Andorra, Ermənistan, Bosniya və Herseqovina, Makedoniya, Cəbəllütariq, Gürcüstan, İslandiya, Lixtenşteyn, Litva, Lüksemburq, Malta, San Marino, Şimali İrlandiya, Uels, Farer adaları, Monteneqro, Estoniya.

FUTBOLÇULAR

Ən çox oyun keçirənlər:

Mario Sonnleytner – 28 oyun; Papa Queye, Atiba Hatçinson, Cermeyn Lens – 27.

UEFA Kuboku da daxil olmaqla ən çox oyun keçirənlər:

Dimitris Salpingidis – 38 oyun; Atiba Hatçinson – 35.

Ən çox qol vuranlar:

Alan, Edinson Kavani, Dris Mertens – 12 qol; Raul Bobadilya, Cermeyn Defo, Raul Rusesku – 11.

UEFA Kuboku da daxil olmaqla ən çox qol vuranlar:

Cermeyn Defo – 15 qol; Dimitris Salpingidis – 14.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail