Rio-2016: Toğrul və Xetaq finalda məğlub oldu - YENİLƏNİB
Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında son sərbəst güləşçilərimiz mübarizəyə qoşulacaq. Stadium.Az xəbər verir ki, xalça üzərinə medal ümidlərimizdən ikisi çıxacaq. Belə ki, son Olimpiya çempionu Toğrul Əsgərov (65 kq) və bürünc mükafatçısı Xetaq Qazyumov (97 kq) medal qazanmağa çalışacaqlar.
65 kq
Bu çəkidə çıxış edən London Olimpiadasının, Avropa çempionatının və Avropa Oyunlarının çempionu Toğrul Əsgərov yarışa 1/8 finaldan start verəcək. Onun ilk rəqibi ukraynalı Andrey Kvyatovski olub.
Görüşdə ilk xalları rəqib qazansa da, Əsgərov Kvyatovskiyə heç bir şans verməyib - 12-2.
1/4 finalda güləşçimiz Frenk Molinaro (ABŞ) ilə qarşılaşıb. Toğrul ABŞ idmançısına 10:0 hesabıyla qalib gələrək adını yarımfinala yazdırıb.
***
Toğrul italiyalı Frank Markez Xamizonu mübarizədən kənarlaşdırıb. İlk hissəni öndəbitirən Əsgərov ikinci hissədə hesabda geri düşüb. Ancaq sona yaxın fəallaşan pəhləvanımız 7:4 hesablı qələbə ilə finala adlayıb.
Həlledici görüşdə rəqib rusiyalı Soslan Ramonovdur.
Toğrul Romanova vaxtından əvvəl məğlub olaraq ikinci dəfə Olimpiya çempionu olmaq şansını əldən verdi.
97 kq
Xetaq Qazyumov isə ilk olaraq təsnifat mərhələsində çıxış edəcək. İki Olimpiadanın (Pekin-2008 və London-2012) və dünya çempionatının bürünc, Avropa çempionatının gümüş, “Bakı-2015” Avropa Oyunlarının isə qızıl mükafatçısı olan pəhləvanımızın rəqibi Polşa güləşçisi Radoslav Baran olub. Rəqibinə 3:0 hesabı ilə qalib gələn pəhləvanımız 1/8 finala yüksəlib.
Bu mərhələdə onun rəqibi iranlı Mohammed Ali Reza Yazdani olub. Gərgin döyüşü 2:1 hesablı qələbə ilə ilə başa vuran Xetaq 1/4 finala yüksəlib.
***
Xetaq bu mərhələdə özbəkistanlı Maqomed İbraqimovla üz-üzə gəlib. O, Özbək idmançını 12:3 hesabı ilə üstələyərək yarımfinala vəsiqə qazanıb.
Qazyumov yarımfinalda üz-üzə gəldiyi ukraynalı Valeri Anditsevə vaxtından əvvəl 10:0 hesabıyla qalib gələrək finala yüksəlib.
Təəssüflər olsun ki, Xetaq da rəqibinə məğlub oldu.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |