Zaur Svanadze: "Belə problemlərin olacağını əvvəllər də demişdim" - MÜSAHİBƏ

20.08.2016 | 3193 dəfə oxunub

Azərbaycan Premyer Liqasının III turunda "İnter” doğma meydanında "Kəpəz”lə sülh bağlayıb 2-2. Stadium.Az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "İnter”in baş məşqçisi Zaur Svanadze fikirlərini bildirib:

- Hamınız gördünüz. Penaltiyə qədər meydanda bir komanda var idi. İkinci hissəyə yaxşı başlasaq da, sonra qədər üstünlüyümüzü davam etdirə bilmədik. 1 xal qazanmaq bizim haqqımız idi. 3 tur geridə qalıb və qapımıza iki penalti təyin olunub. Belə hallarda komandamızda ruh düşkünlüyü yaranır. Rəqib komandalardan feir-pley qaydalarına riayət etmələrini istəyirəm.

- "İnter” bu mövsümü qollarının bir çoxunu standart vəziyyətlərdən vurub. Mövsümü standart vəziyyətlər üzərində qurduğunuzu düşünmək olarmı?

- Standart vəziyyətlərə xüsusi hazırlıq görmürük. Sadəcə, futbolçular məşqdən sonra cərimə zərbələri üzərində əlavə işləyirlər. 

- Çempionatda 25 günlük fasilə yaranacaq. Komandanızın planı necədir?

- Tbilisiyə 1 həftəlik təlim-məşq toplanışına yollanacağıq. Orada iki yoxlama oyunu keçirmək planımız var.

- "İnter” bərabərlik qolunu vurduqdan sonra Ağabala Ramazanov topu rəqibin ehtiyat oyunçular skamyasına tərəf vurdu...

- Məncə, bunu qəsdən etməyib. Əgər bunu qəsdən edibsə, o, cəzalandırılacaq.

- Komandanın orta xəttində ciddi problemlər var. Oyun qurucusu çatışmır. Bu isə mövsüm ərzində ciddi problemlər yarada bilər.

- Belə problemlərin olacağını əvvəllər də demişdim. Ancaq qışa qədər hansısa transfer olacağını düşünmürəm. Bəlkə qışda belə transfer oldu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail