Roman Qriqorçuk "Maribor"la oyundan danışıb qonaqlıq söz verdi

18.08.2016 | 4211 dəfə oxunub

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində bu gün “Dalğa Arena”da “Qəbələ”nin qonAaq etdiyi “Maribor”u 3:1 hesabıyla məğlub etdi. Stadium.az xəbər verir ki, Qəbələ klubunun baş məşqçisi Roman Qriqorçuk oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: 

- 0:1-dən sonra özünüzü necə hiss edirdiz və indi necə?

- Düşünürdüm ki, bu hesabı dəyişməliyik. Bilirdim ki təcili qollar vurmalıyıq. İndi də fərqli nələrsə hiss etmirəm. Eyforiyaya qapılmamışam. İndi ancaq bu oyunu analiz edib cavab oyununa hazırlaşacağıq.

- Nəticənin belə tez dəyişəcəyini güman edirdiz?

- Mən düşünürəm ki, nə etməliyəm. Mən ancaq oyunun gedişini düşünürəm.

- Daha çox Rafael Santosun üzərinə danışırdız. O, kapitan olduğu üçün belə edirdiz, yoxsa başqa səbəb vardı?

- Bütün futbolçular kimi Rafanı da çox istəyirəm. Oyunda dəyişiklik etdik və məndə bunu ona bildirdim, ancaq 10 saniyə sonra Rafa öz bildiyini etdi. Məndə buna əsəbləşdim və Rafa məmə dedi ki, aydındı, səhvini başa düşdü.

Biz qola qədər və qoldan sonra nəsə dəyişməyə çalışdıq. Biz də hansısa taktiki gediş edə bilərik. Burda da yük bir nəfərin yox, hamının üzərinə düşür. 

Oyunun gedişində elə vəziyyət yarandı ki, rəqini çox sıxmaq lazım olduğunu düşündüm. Tempi saxlaya da bilərdik, amma rəqib buna imkan vermədi.

- Rəqib baş məqşçi bəxtlərinin gətirmədiyini bildirdi...

- Bu barədə indi bir şey deyə bilmərəm.

- İnşAllah komanda qrup mərhələsinə düşsə, jurnalistlərlə ikinci futbol matçı və qonaqlıq olacaq?

- Yeni bir yerdə nəsə söz verirəm. Yəqin ki, Qəbələdə bir şey edərik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail