"İndi əlimdə Olimpiya Oyunlarının bürünc medalını tutduğuma görə şadam"

18.08.2016 | 3590 dəfə oxunub

"Birinci yeri qazanmaq istəyirdim, amma ilk döyüşüm alınmadı".

Stadium.Az xəbər verir ki, bunu Rio-2016 Olimpiya Oyunlarının bürünc mükafatçısı, azərbaycanlı qadın taekvondoçu Patimat Abakarova Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovaya açıqlamasında deyib.

Xanım idmançı məğlub olduğu ilk görüşdən sonra ruhdan düşmədiyini, əksinə, rəqibinin finala çıxacağını və təsəlliverici yarışa qatılacağını gözlədiyini qeyd edib:

"Onun finala çıxmasını çox istəyirdim. Belədə bürünc medal qazanmaq şansım yaranacaqdı. İndi əlimdə Olimpiya Oyunlarının bürünc medalını tutduğuma görə şadam".

P.Abakarova bürünc medal uğrunda döyüşdə bütün gücünü sərf etdiyini vurğulayıb. O, döyüşün çətin olmadığını, sadəcə, ortada Olimpiya medalı olduğundan təzyiq hiss etdiyini sözlərinə əlavə edib.

Azərbaycanlı taekvondoçu sonda Olimpiya Oyunlarında mübarizəni davam etdirən idmançılarımıza uğurlar arzulayaraq, həmyerlilərini dəstəkləmək üçün tribunalarda olacağını bildirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail