Rio-2016: Rövşən bürüncü də əldən verdi - YENİLƏNİB
Rio Olimpiadasında bu gün güləş yarışları
da başlayır. Stadium.Az xəbər verir ki, əvvəlcə Yuna-Roma güləşçiləri mübarizəyə
başlayacaqlar.
Millimizin üzvlərindən Rövşən Bayramov (59 kq) və Elvin Mürsəliyev (75 kq) də Olimpiadada mübarizəyə başlayacaqlar.Elvin mübarizəyə 1/16 finaldan etibarən başlayıb. Onun ilk rəqibi misirli Rəşad Fevzi Mahmud Sebye olub. Rəqibinə 2:1 hesabı ilə qalib gələn idmançımız 1/8 finala yüksəlib.
Elvinin bu mərhələdə Zurabi Datunaşvilini (Gürcüstan) məğlub edən Dosjan Kartikovla (Qazaxıstan) qarşılaşb. Təmsilçimiz bu güləşçini də yolundan kənarlaşdırıb - 5:1. Yarımfinala gedən yolda idmançımız macarıstanlı Peter Bacsi ilə üz-üzə gəlib. O, mübarizəni məğlub başa vurub. Elvin bürünc medal qazanmaq üçün təsəlliverici görüşlərə də qatıla bilməyib. Belə ki, onu məğlub edən Bacsinin yarımfinalda uduzması, həmyerlimizin yarışla vidalaşmasına səbəb olub.
***
Son iki Olimpiadanın (Pekin-2008 və London-2012) gümüş mükafatçısı Rövşən Bayramov da çıxışa başlayıb. İdmançımız mübarizəyə 1/8 final mərhələsindən start verib. Onun ilk rəqibi Venesuela güləşçisi Rayber Xose Orozko Rodrigez olub. Pəhləvanımız bu rəqibini asanlıqla məğlub edib - 8:0.
Həmyerlimiz 1/4 finalda Mahadi El Messaudiyə (Mərakeş) 8:0 hesabı ilə qalib gələn Xese David Tielke ilə qarşılaşıb. ABŞ-lı rəqibinə də şans verməyən Bayramov 9:0-lıq qələbə ilə yarımfinala yüksəlib.
Finala çıxmaq üçün pəhləvanımız yapon güləşçi Ota Şinobunu məğlub etməli idi. Ancaq əsas medal ümidlərimizdən olan Rövşən görüşü məğlub başa vurub - 2:4. Yapon idmançı onun kürəyini yerə vurmağı bacarıb.
İdmançımız bürünc medal uğrunda güləşəcək.
İdmançımız bürünc medal uğrunda güləşib. Onun rəqibi norveçli Stig-Andre Berge olub. Bu rəqibinə də uduzan Rövşən Olimpiadanı medalsız başa vurub. Görüşdə hesab 1:1 olsa da, sonuncu xalı alan norveçli bürünc medal qazanıb.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |