Məğlub olan boksçumuz: "Bu nəticəyə görə hamıdan üzr istəyirəm"
Rio-2016 Yay Olimpiya Oyunlarında mübarizəni dayandıran boksçumuz Albert Səlimov maraqlı açıqlamalar verib. Stadium.Az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovaya danışan boksçumuz şok uğursuzluğunu belə izah edib:
“Döyüşüm alınmadı. Özümü finalda görsəm də, fərqli şeylər oldu. Bu mənim günahımdır. Yaxşı döyüşmədim. Daha güclü irlandiyalıya qalib gəldiyim halda, fransıza uduzdum. Bu nəticəyə görə hamıdan üzr istəyirəm. Hər kəsə təşəkkür edirəm və düşünürəm ki, artıq karyeramı bitirməyin vaxtıdır. Dünənki döyüşdən sonra düşündüm ki, getmək lazımdır. Mənim artıq 30 yaşım var. 4 il əvvəl məni dəvət etmişdilər ki, ölkəyə xeyir verim. Bacardığımı etdim. Yaxşı nəticələrim də oldu.
Səlimov haqqında yazılan tənqidlərdən də danışıb: “Məşqçimiz mənə bildirdi ki, internetdə çox yazılır bu barədə. Özüm internetə daxil olmuram, əlavə suallarla özümü yükləmək istəmirəm. Onsuz da çox gərgin vəziyyətdəyəm. Qoy bir az vaxt keçsin, sonra danışarıq. Ancaq bu dəqiqə boks haqqında danışmaq istəmirəm. Boks artıq mənim üçün bitib, başa çatıb. Başım var, əlim var, ayağım var. Lap gedib bostanda da işləyərəm. Kişiyik də, mütləq bir iş taparıq”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |