"Barselona" Poqbanı niyə almayıb?

13.08.2016 | 3179 dəfə oxunub

"Barselona"nın idman direktoru Aryedo Brayda "Yuventus"dan Pol Poqbanı transfer etməməklərinin səbəbini açıqlayıb. Stadium.Az xəbər verir ki, Brayda fransalı havbekə inanılmaz qiymət qoyulduğuna diqqət çəkib:

"Barselona" maliyyə səbəblərinə görə Poqbanın transferindən imtina etdi. Onun keyfiyyətlərinə şübhə etmirik. O, "Mançester Yunayted”də öz səviyyəsini göstərəcək. Bununla belə, Pol yaxşı oyun göstərmədiyi hər oyundan sonra tənqid olunacaq. Onun qiymətini nəzərə alan azarkeşlər Poqbanın oyunların taleyini təkbaşına həll etməsini istəyəcək. Bu isə qeyri-mümkündür. Transfer bazarında hökm sürən qiymətlər təəccüb doğurur. Əslində heç bir futbolçu 110 milyon avro deyil. Poqbanın məvacibini də nəzərə almaqla transfer 150 milyon avroya başa gələrdi. Bu da reallıqla uyğunlaşmayan rəqəmdir. Eyni zamanda futbolçuya bu qiymətin nə dərəcədə təsir göstərəcəyini heç kim bilmir. Bəlkə də, təsir etməz. İstənilən halda futbolçunun üzərindəki təzyiq yüksək olacaq".

Poqbanın transferi "Mançester Yunayted”ə 105 milyon avroya başa gəlib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail