Muarem Muarem: "Onların oyununu kollektiv şəkildə izləmişik"

12.08.2016 | 3425 dəfə oxunub

"İlk turda aldığımız məğlubiyyət komandamıza çox pis təsir eləmişdi. Ona görə də, "Sumqayıt”la oyunda qələbə qazanmalı idik. Mütləq qələbəyə köklənmişdik. Uğur qazanacağımıza əmin idik. Çünki qələbə qazanmaq üçün alışıb-yanırdıq. Düzdü, hesab böyük də ola bilərdi. Sadəcə, bir neçə real qol epizodundan yararlana bilmədik”.

Stadium.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Muarem Muarem deyib.

"Qarabağ” Azərbaycan Premyer Liqasının II turunda səfərdə "Sumqayıt”ın qonağı olub. Görüş "Qarabağ”ın 2-0 hesablı qələbəsiylə başa çatıb. Matçdan sonra saytımıza açıqlama verən Muarem matç zamanı daha təmkinli olduqlarını söyləyib:

"Fasilə ərəfəsində baş məşqçimiz Qurban Qurbanov bizə daha təmkinli, daha sakit olmağımızı tapşırdı. O, daha sakit olacağımız halda qollar vura biləcəyimizi söylədi. Biz də baş məşqçimizin tapşırıqlarına əməl etdik və ikinci hissədə iki qol vuraraq, qələbəmizi təmin etdik”. 

"Qarabağ”ın ilk qolunun müəllifi olan makedoniyalı futbolçu xoşbəxt olduğunu dilə gətirib:

"Sevinirəm ki, məndə hər şey normasına düşür. Daha əvvəlki günlərimi xatırlatmağa çalışıram. İnanıram ki, üzərimə düşən öhdəliyi yerinə yetirə biləcəyəm. Komanda üçün bacardığımın ən yaxşısını etməyə çalışıram”. 

Sumqayıtda baş tutan matçı izləyənlər arasında "Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Göteborq”un məşqçisi Alf Vesterberq də var idi. Muaram rəqib məşqçinin oyunlarını izləməsinə belə münasibət bildirib:

"Düzü, onun matçı izləyənlər arasınmda olduğundan xəbərdar deyildim. Amma biz ona görə oyun üslubumuzu dəyişə bilməzdik. Meydana çıxdıq və öz futbolumuzu oynadıq. "Götborq”a gəlincə, rəqibimiz yaxşı komandadı. Onların oyununu kollektiv şəkildə izləmişik. Səfərdəki oyunda mübarizə aparacağıq və Bakıya sərfəli nəticə ilə qayıtmağa çalışacağıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail