Azərbaycanlı idmanşı dünya rekordu qıraraq Qazaxıstana Rioda qızıl medal qazandırdı

11.08.2016 | 4510 dəfə oxunub

Azərbaycan yığmasının sabiq ağırlıqqaldıranı Nicat Rəhimov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Qazaxıstan milli komandasına qızıl medal qazandırıb.

Stadium.Az xәbәr verir ki, 23 yaşlı idmançı bu nailiyyətə 77 kq çəki dərəcəsində nail olub.

O birdən 165 kq, təkanla isə 214 kq ağırlığın öhdəsindən gəlib. Rəhimovun təkanla ikinci cəhdində öhdəsindən gəldiyi ağırlıq onu həm də dünya rekordçusu edib. Onun üçüncü yanaşma üçün də imkanı olub. Lakin Azərbaycan əsilli ağırlıqqaldıran buna lüzum görməyib. Bu, Qazaxıstanın "Rio-2016"da ilk qızıl medalı olub. Hazırda 1 qızıl, 2 gümüş və 3 bürünc medala malik Qazaxıstan 12-ci pillədə qərarlaşıb.

Gümüş medala eyni nəticə ilə çinli Siaojun Lyu (177 kq + 202 kq) sahib çıxıb. Bürünc medalı isə misirli Mohamed Mahmud 361 kq (165 kq + 196 kq) əldə edib.

Nicat Rəhimov Azərbaycan yığmasında çıxış etdiyi vaxt 2010-cu il Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında 69 kq çəki dərəcəsində qalib olub. O, 2014-cü ildən Qazaxıstan vətəndaşlığını qəbul və təmsil etməyə başlayıb. Rəhimov 2015-ci ildə Qazaxıstana 77 kq çəkidə dünya çempionluğu qazandırıb.

Nicat qızıl medal qazandı -  Bizə deyil, Qazaxıstana




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail