"Digər favoritlər medal qazandı, məndən başqa"

10.08.2016 | 2605 dəfə oxunub

"İlk iki rəqibim nisbətən asan idi. Üçüncü rəqibim - Felipe Kitadai Olimpiya mükafatçısı idi və kifayət qədər çətin görüş oldu. Yarımfinalda isə son dünya çempionu Yeldos Smetovla qarşılaşdım. Üzərimdə böyük məsuliyyət hiss edirdim. Hamı medal gözləyirdi. Bəlkə də, buna görə həlledici anda çətinlik çəkdim".

Stadium.Az xəbər verir ki, bu sözləri Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovaya açıqlamasında cüdo üzrə Olimpiya seçməmizin üzvü Orxan Səfərov deyib.

Olimpiadadakı çıxışını dəyərləndirən cüdoçu, "Çıxışlardan əvvəl mütəxəssislər beş favorit göstərirdilər: qazaxıstanlı, koreyalı, rusiyalı və özbəkistanlı idmançı ilə yanaşı, mən də çempionluğa namizədlərdən idim. Digər favoritlər medal qazandı, məndən başqa" - deyə bildirib.

Sondakı uğursuzluğun səbəblərindən danışan Orxan Səfərov bunları deyib: "Olimpiadada debüt edirdim. Çıxışımı başa vurandan sonra özüm üçün onu dəqiqləşdirdim ki, Olimpiya Oyunlarını gözündə böyütməməlisən. Daha az məsuliyyətli olmalısan. Yalnız bununla daha sərbəst çıxış edə və öz gücünü sərgiləyə bilərsən. Psixoloji cəhətdən rahat olmaq vacibdir".


Xatırladaq ki, Orxan Səfərov Olimpiadanı beşinci pillədə bitirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail