Türkiyəli məşhur basketbolçu soyadını Gülən etdi

09.08.2016 | 2936 dəfə oxunub

Fətullahçı Terror Təşkilatına (FETÖ) yaxın olan türkiyəli basketbolçu Enes Kanteri ailəsi övladlıqdan rədd edib.

Stadium.Az xəbər verir ki, Kanter açıqlamasında bu xəbərin doğru olduğunu və soyadını Gülən olaraq dəyişdirdiyini bildirib.

“Bu gün 24 ildir ana, ata, qardaş dediyim ailəmi və bütün qohumlarımı itirdim. Doğma atam soyadımı dəyişdirməyimi istədi. Məni dünyaya gətirən anam məndən imtina etdi. Bərabər böyüdüyüm qardaşlarım məni artıq yox sayır. Qohumlarım məni bir daha görmək istəmirlər.

Vəfalı, fədakar insanların göz yaşları ilə böyütdüyü bu xidmət üçün bir Enes deyil, min Enes fəda olsun. Müəllimim yolunda anam, atam, qardaşlarım, bütün sülaləm fəda olsun. Rəbbim mənim ömrümdən alıb hər saniyəsini müəllimimə versin. Xidmət yolunda cənnətim fəda olsun, cəhənnəmlərə gülüb keçərəm. Canım müəllimimin sevgisi ana, ata, qardaş kimi bütün sevgilərdən üstündür. Anam, atam sənə fəda olsun, "Xidmət" yolunda fəda olsun, bu dava uğrunda fəda olsun. Kimsənin zərrə qədər də şübhəsi olmasın. Allah bu davanın yolçularına sahib çıxacaq. Dözün qardaşlarım, dözün bacılarım. İmtahanda uduzmayaq. Bundan sonra mənim ailəm o gözü yaşlı müəllimimdir”.

Basketbolçunun atası Mehmet Kanter isə açıqlamasında qeyd edib ki, FETÖ oğlunu gipnoz edib:

“Oğlumuzdan istifadə edirlər. Ona dəfələrlə hər hansı səhvdən geri dönməyin mümkün olduğunu başa saldıq, amma onu razı sala bilmədik. Enesi başda mən olmaqla btün Kanter ailəsi övladlıqdan rədd edir. Prezidentimiz və Türkiyə xalqından belə bir övladımız olduğuna görə utanaraq üzr istəyirik”.

 

Soyadını dəyişib Gülən qoydu -  “Anam, atam ona fəda olsun”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail