Roman Qriqorçuk: "Legioner limitini faydasız hesab edirəm"

08.08.2016 | 2906 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 2016-2017-ci illər mövsümünün I turunun “Qəbələ” – “Kəpəz” oyunundan (2:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Stadium.Az xəbər verir ki, ukraynalı mütəxəssis çempionata qələbəylə başlamalarını belə şərh edib:

“Rəşad Sadiqovun əvəzlənməsi ilə nəticələnən zədənin hansı dərəcədə olduğunu hələ bilmirik. O, təcrübəli futbolçudur və öz orqanizminə yaxşı bələddir. İnanmıram ki, o, ciddi zədəyə imkan versin. Hesab edirəm ki, bu, sadəcə ağrılar idi və Sadiqov vaxtində meydanı tərk etdi. Digər əvəzetmələri şərh etmək istəmirəm. 

Hər görüşdə 3 belə imkanımız olur və həmişə bunun səbəblərini açıqlamağa ehtiyac yoxdur. Belə qərar verdim. Oyunu dəyişməyin lazım olduğunu hesab etdim və bu üzdən əvəzetməyə əl atdım. Heç vaxt “belə etsəydik, necə olardı” kimi suallara vaxt sərf etmirəm. Təhlil edib, həmin an üçün lazım olan qərarı verirəm. Növbəti turdakı rəqibimiz “İnter”in “Qarabağ”la matçını izləməmişəm. Çünki öz hazırlığımız və digər işlərimizin çoxluğu buna imkan vermir. Sabah rəqibin oyununa baxıb, təhlil edəcəyik. Bunadək isə öz oyunumuzu analiz etməliyik. Qarşılaşmadan öncə heyəti 

Legioner limitini faydasız hesab edirəm. Lakin bununla bağlı qərar qəbul olunub və buna hörmətlə yanaşıb, mövcud əsasnaməyə riayət edirik. Heyəti də buna uyğun qurmalıyıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail