"Rio-2016": Daha 3 idmançımız mübarizəyə qoşulur

08.08.2016 | 2403 dəfə oxunub

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bu gün Azərbaycanın daha 3 idmançısı mübarizəyə qoşulacaq. Stadium.Az xəbər verir ki, ilk olaraq, qılıncoynadan Səbinə Mikina qüvvəsini sınayacaq.

Qadınlar arasında fərdi sablya növündə yer alan Mikina 1/16 finalda tunisli Azza Besbeslə üz-üzə gələcək. Mübarizəyə Bakı vaxtı ilə saat 16:00-dan etibarən start veriləcək. Yarımfinal və final görüşləri isə saat 23:00-da başlanacaq.

Saat 17:00-da isə cüdoçu Rüstəm Orucov 73 kq. çəki dərəcəsində ilk görüşünə çıxacaq. 1/16 finala təsadüf edəcək ilk cəhdində Avropa çempionunun rəqibi Faye Njie (Qambiya) - Didar Xamza (Qazaxıstan) cütünün qalibi olacaq. Yarımfinal və final görüşləri isə saat 22:30-da start götürəcək.

Saat 20:45-də Abdulqadir Abdullayev 91 kq. çəki dərəcəsində 1/16 final görüşünü keçirəcək. O, fransalı Pol Omba Bionqolo ilə üz-üzə gələcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail