Qurbanın yükü, yoxsa yükün Qurbanı? - YAZI

07.08.2016 | 6194 dəfə oxunub

Qurban Qurbanov deyiləndə ağıllara gələn, uğur, sevinc, sevincdən yaranan göz yaşları və. s xoş sözlərdi. Bu məsələnin görünən və gözəl tərəfidir. Qurban Qurbanov deyiləndə həm də, yada düşən başqa bir aksioma  var -  yük. Bəli, səhv oxumadınız yük. Həm də çox ağır yük(lər). Adam, futbolçu həyatında, çoxlarının istəsədə bacarmadığı legioner həyatı adlı yükün altına əlini qoyub, ağırlığına sinə gəlib, üzüağ çıxıb. Azərbaycan millisinin hücumçusu adlı yükündə öhdəsindən pis gəlməyib. Altına girdiyi bu yükün, altından vurduğu 14 qolla çıxıb. İllərdi milli karyerasın bitirməsinə baxmayaraq, hələ də millimizin bombardiri olaraq qalması bunun isbatıdır. Futbola əlvida desə də, ağır yüklərə əlvida demədi. Öncə ölkəmizin flaqmanı olan, heç də hər kəsin duruş gətirə, uğur gətirə bilmədiyi "Neftçi" boyda ağır bir yün altına girdi. "Neftçi"dəki dönəmi qısa çəksə də, yükünü qaldıracaq qədər uğurlu olduğunu saymaq olar. Hər halda, "Neftçi"ni Gedelərin, Vəlilərin qoyduğu günə qoymamışdı, əksinə, komandaya gümüş medal və avrokuboklarda "Rid"lə hər iki oyunda baxımlı futbol qoyub getmişdi. Hətta gedişinə üzülən kifayət qədər "Neftçi"li var idi.

Elə indi də var. "Neftçi"dən ayrılar-ayrılmaz Qurban Qurbanov "Qarabağ" a gəldi. O "Qarabağ"a ki, Rasim Kara çempionata bir həftə qalmış komandanı atıb Lənkərana qaçmışdı. O "Qarabağ"a ki, adının arxasında bir miliyon qaçqını vardı, bu kluba gözünü dikib, qələbəsinə sığınıb, təskinlik tapanı vardı.

Yəqin ki, sadaladığım iki məqam anlamaq üçün kifayətdir ki, Qurban Qurbanov bu dəfə necə ağır bir yükün altına əlini qoyub. Qurbanov bu dəfə də özünü necə lazımdı təsdiqlədi, hətta lazım olandan da artıq təsdiqlədi. Onunun nələt etdiyini uzun-uzadı yazıb xronologiya açmaq fikirindən uzağam. Qısaca xatırlatma edəcəm.

İlk ilindəcə qazanılan ölkə kuboku, arxasınca unudulmaz “Rosenborq” zəfəri ilə başlayan avrokuboklardakı ardıcıl uğurlar və ardıcıl qazanılan 3 ölkə çempionluğu. Artıq hər uğurdan sonra göylərə qaldırılan Qurbanın yükü növbəti gözləntilərlə daha da artımışdı. "Qarabağ"ı ardıcıl iki il Avropa Liqasının qrupunu çıxaran Qurbandan növbəti gözlənti Çempionlar Liqasının qrupu gözlənilirdi. Kişi bu yükü də çiyinlərinə götürüb, əmin addımlarla qrupa doğru gedirdi. Məlum o son 5dəqiqə çox şeyin üzərindən xətt çəkdi. Bəli çox şeyin, heç də hər şeyin yox. Çünki Qurbanovun bu yükündə altından çıxacağına əminəm. Hətta onu haqsız tənqid edib, inancından dolayı işlətdiyi kəlmələri məsxərəyə qoyanların yüklədiyi yükün də altından çıxacağına əminəm. Bu qədər yük varkən, birdə sizlər Qurbana yük olmayın. Sizlərə isə bir tövsiyəm var, Qurbana yüklədiyiniz o yüklə "Qarabağ"ın oyununa gəlməyin. Çünki sizlərdən əmin deyiləm. Qurban o yükün altından çıxacaq da, qayıdıb öz üzərinizə düşəcək öz yükünüzün altından sizlər çıxa bilməyəcəksiniz! Bəlkə də olsa-olsa, gizlincə üzərinizə düşən o məyusluq, peşmanlıq, acizlik yükünün altından gizlincə Qurbana əl çalıb, əhsən deyərsiz.

Xanoğlan İMANOV



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail