Ukraynanın Azərbaycandakı səfiri Qriqorçuku təbrik etdi

06.08.2016 | 3214 dəfə oxunub

"Qəbələ”nin Avropa Liqasının III təsnifat mərhələsində “Lill” üzərindəki möhtəşəm qələbəsinə Ukraynanın Azərbaycandakı səfirliyi də biganə qalmayıb. 

Stadium.Az xəbər verir ki, Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenko “Qəbələ”nin baş məşqçisi, həmyerlisi Roman Qriqorçuka təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Öz adımdan və Ukraynanın Azərbaycandakı səfirliyi adından sizi və “Qəbələ” kollektivini mötəbər turnir olan UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki parlaq qələbəniz və növbəti dəfə pley-off mərhələsinə yüksəlməyiniz münasibətilə təbrik edirəm. Səfir kimi mənə ukraynalıların Azərbaycan futbolu tarixində yer almasını görmək çox xoşdur. Sizin “Qəbələ”nin baş məşqçisi kimi uğurlu işiniz Ukraynanın Azərbaycandakı imici və iki ölkə xalqları arasındakı dostluq münasibətlərinin inkişafı baxımından çox əhəmiyyətlidir.

Bu məktubla həmçinin sıravi azərbaycanlılara və Ukrayna səfirliyinə təbrik ünvanlayan bütün Kütləvi İnformasiya Vasitələri mənsublarına da öz təbriklərimi çatdırıram. Səfirliyin bütün əməkdaşları bu tarixi oyunda sizinlə birlikdə idi və bu idman bayramında sevincinizi bölüşürük.

Roman İosifoviç, sizə gələcək işlərinizdə bütün qəlbimlə uğur və müvəfəqiyyətlər arzulayıram!”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail